Modern.az

Xankəndi sakinləri Prezidentə məktub göndərib

Xankəndi sakinləri Prezidentə məktub göndərib

10 Sentyabr 2009, 12:05

Azərbaycanın Xankəndi şəhərinin bir qrup sakini Prezident İlham Əliyevə təşəkkur məktubu göndərib. Bu barədə Modern.az-a deputat Həvva Məmmədova məlumat verib. Məktubda deyilir ki, Qarabağ probleminin həlli və azərbaycanlıların öz doğma yurdlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə artmaqdadır: “Sizin də qeyd etdiyiniz kimi 65 min nəfərdən çox insanı birləşdirən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilib və idarəetmə strukturlarını yaradıb. Birliyin fəaliyyətinin daha səmərəli qurulması üçün istifadəsində olan mənzil-qərargahın əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədi ilə Sizin bu günlərdə verdiyiniz sərəncam, bunun üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayırmanız məcburi köçkünlərə olan qayğınızın bariz nümunəsidir”. Xankəndindən olan məcburi köçkünlər məktubda Prezidentin bu addımını yüksək qiymətləndirib, onlara göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi