8 İyun 2017, 14:43 | Ana Səhifə - Yazılar - Qoyun yaşayaq də…
Qoyun yaşayaq də…

Hidayət Elvüsal


Səhərin gözü təzəcə açılmışdı ki, qonşu həyətdən gələn fəryadlardan tüklərim biz-biz oldu. Bir-iki dəfə gərnəşib, qalxdım, üz-gözümə su vurub pəncərədən baxanda ürəyim qopdu. Cavan bir gəlin dizlərini döyürdü:

- Vay-vay-vay-vay! Balalarım yetim qaldı, yetim. Yüz dəfə dedim ki, ə, öskürürsən, get doxdura! Getmədi! İndi budeyyy… yaxamı üç yetimin əlində qoyub gedir.

Birdən əri də çıxdı. Arvadını sakitləşdirməyə çalışdı, olmadı. Mat-məəttəl qalmışdım. Kişi diri idi, özü də kələ kimi bir adamdı. Bəs, arvadının bu fəryadı, ağlamağı nə idi? Mən də qonşular kimi əynimi geyinib, haraya getdim. Və…

Məlum oldu ki, səhərin gözü açılmamış o ekrandan “ölüm mikrobu” yayan həkimlərdən biri deyib ki, əgər gün çıxmamış kişi xeylağı öskürərsə, bu, xərçəngin əlamətidir. Yəni yavaş-yavaş işini görür. Həmin adam təcili olaraq klinikaya müraciət etməsə işləri fırıqdır.

Arvad da həkimin dediklərinə qulaq açan məqamda kişi bir-iki dəfə öskürüb. Vəssalam! İndi bütün qonşular yığışıb, onu sakitləşdirməyə çalışırlar. Hələ üstəlik “təcili yardım”a zəng edənlər də olub, amma arvad:

- Yox! “Təcili yardım” demədi doxdur. Dedi mütləq onun klinikasına getmək lazımdır.

Kimsə mızıldandı:

- Əşi, gündə televiziyaya çıxıb, müştəri yığırlar dəə!

Arvad onun üstünə çəmkirdi:

- Kiri! Sənin nə vecinə? Ölən budeyyy… bu bədbəxt oğlu bədbəxtdir ki, məni də bədbəxt elədi.

…Qayıdıb bir-iki loğma yeyirdim ki, üst mərtəbədən hıçqırıq səsləri gəldi. Tanıyırdım. Yaxşı adam idi. Oğlunu təzə evləndirmişdi. Nətəhər olmuşdusa o toyda keflənmişdim də. Sonralar mənə dedilər ki, düşmüşdün müğənninin üstünə. Deyirdin: “O hind filmi var haa. “Abdulla”. Bax o kinoda qızlar lüt-üryan şəlalənin altında oxuduqları havanı sən də oxu, bir onluq verim. Nə isə!

Bir azdan kişi ilə qarşılaşdıq. Dilxor idi. Gəlini soruşdum:

- Ehh, müəllim, adamın gərək bəxti olsun!

- Qonşu…

- Müəllim, üzr istəyirəm, ayıb olmasın gəlin hamilədi axı.

- Təbrik edirəm!

- Nə təbrik, müəllim! O gün pomidor-xiyar yeyib.

- Noulsun ki?

- Necə yəni nə olsun! İndicə televiziyada bir ginekoloq dedi ki, hamiləlik zamanı pomidor-xiyar yeyən ananın dünyaya gətirdiyi körpəni ya bir qulağı olmur, ya da səydəş doğulur, yəni başdanxarab olur.

- Əşi, pomidor-xiyar…

- Yox, müəllim! Mən demirəm. Sən də demə. Televiziyadan eşitdim. Öz uşağımla, - və bu sözə güldü, - nə yaxşı ki, anam mənə hamilə olanda pomidor-xiyar yeməyib, yoxsa həkimi heç eşitməzdim.

…Axşam ağlaşma səsi gəldi. Qarşı binadan idi. Həyətə düşüb maraqlandım. Dedilər ki, televiziyada çıxış edən bir həkim deyib: “Əgər yumurtanı soyutma eləyib yesəniz, bağırsaqlarınız tutulacaq. Əgər qayğanaz eləsəniz təzyiqiniz qalxacaq. Çiy qəbul etsəniz böyrəkləriniz daş bağlayacaq”.

- Bəs bunlar niyə ağlayır?

- Kişi yumurta qaynadıb, arvad qayğanaq eləyib, oğlu da çiy-çiy içib.

- Bəs, neynəsinlər?

- Doxdur deyib ki, üç yumurtanı birdən yemək lazımdır - birini qaynadıb, birini qayğanat eləyib, birini də çiy-çiy…

- Bəs təzyiqə-zada ziyan eləməz?

- Eləyib də, müəllim! Qoca atası üçünü də eləyib. Üç saatdır ki, qan təzyiqi qalxıb, endirə bilmirlər.

…Və “pult”u götürüb bir gün səhərdən axşama qədər TV-lərdə gəzdim. Və səhərdən axşama qədər şoy-pıs-pıs adamlarından hələ də geri qalmıram. Həkimlər ordusu ekranları əməlli-başlı işğal eləyiblərmiş. Bir də deyirəm -  səhərdən axşama qədər!!! hərəsinin ağzından bir avaz gəlir. Amma bunun dediyi onunla, onun dediyi bununla heç uyğun gəlmir.

Və… Bıy! Bu nədi, ə?! Dişim niyə sancdı, ə?! Ə, yoxsa…

Oyy… Günorta o həkim demişdi. Demişdi ki, axşam saat 9-a, 15-20 dəqiqə işləyəndə, ya da qalanda dişiniz sızlasa bu… qəbzlik əlamətidir və tez qaçıb yanımıza gəlməsəniz, qarnınız cırılacaq.

Ayağa qalxa bildim ki? Tər məni basdı, huşumu itirdim.

Ayıland başımın üstündə dayanan eynəkli həkimi və oğlumu gördüm. Uşağın gözləri şişmişdi. Yəqin həm ağlamış, həm də yuxusuz qalmışdı. Həkim deyirdi:

- Televiziyada qorxu filmlərinə baxmasın, yenə şoka düşər. Əsəbiləşdirməyin, sözündən çıxmayın, bərkdən danışmayın…

Oğlum zəif səslə soruşdu:

- Doxdur, atama nə olub?

- Hələlik heç nə! Amma televiziyada həkimlərdən savayı başqalarına baxsa dəli olacaq! İndilik yüngül keçirib.

- Yəni…

- Yəni, arabir səyləyir, amma qorxulu deyil.

İnildəyib, üzümü divara çevirdim. Hələ bunun evə getməyi var. Hansı həkim nə gecə məndə axtaracaqdır - xərçəng, şəkər, qan təzyiqi, infarkt, prostat, mədə-bağırsaq, dəlilik…

Ay qardaş! Ə, bu həkimləri səhərdən axşama qədər yan-yana düzürsüz ekranlara, bəs bizə yazığınız gəlmir?

Ə, qoyun yaşayaq dəə!..

MÜƏLLİFİN DİGƏR YAZILARI
Nəbiyev amerikalı rəqibini yendi  24 Oktyabr 2021, 13:20 İran və Azərbaycan arasındakı münasibətlər necə davam edəcək?.. 24 Oktyabr 2021, 13:08 Əfqanıstan qana boyandı 24 Oktyabr 2021, 13:00 Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq 24 Oktyabr 2021, 12:46 Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14 Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası 24 Oktyabr 2021, 09:05 Tiflisdə zəfərimizin ildönümünə həsr olunan futbol turniri 24 Oktyabr 2021, 08:59 Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlanacaq   24 Oktyabr 2021, 00:51 NATO-dan Baltikyanı ölkələrdə növbəti aviabaza 24 Oktyabr 2021, 00:31 Erməni qoşunlarını Qarabağdan çıxaracaq SƏNƏD 24 Oktyabr 2021, 00:02