Modern.az

SOCAR İtaliya milli komandasının sponsoru oldu

SOCAR İtaliya milli komandasının sponsoru oldu

İdman

Bu gün, 15:17

SOCAR İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq.

Modern.az xəbər verir ki, SOCAR-ın məlumatına görə, bu, şirkətlə İtaliya Futbol Federasiyası arasında imzalanan Strateji Əməkdaşlığa dair Müqavilədə öz əksini tapıb.

İmzalanma sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub.

Sənədə əsasən, SOCAR 1 yanvar 2027-ci il tarixindən 31 dekabr 2030-cu il tarixinədək dörd il müddətinə İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq. Tərəfdaşlığın 2032-ci ilədək əlavə iki il uzadılması imkanı da nəzərdə tutulur.

Qeyd olunub ki, bu tərəfdaşlıq SOCAR-ın İtaliyada uzunmüddətli fəaliyyətə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, şirkətin ənənələri, eləcə də nailiyyətləri ilə bütün dünyada tanınan İtaliya futbolunun gələcək inkişafına töhfə vermək niyyətini nümayiş etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az