Modern.az

Jurnalistlərin IX qurultayının vaxtı bəlli oldu

Jurnalistlərin IX qurultayının vaxtı bəlli oldu

Aktual

Bu gün, 14:26

Azərbaycan jurnalistlərinin IX qurultayının oktyabrın 15-də keçirilməsi nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin bu gün keçirilən toplantısında qəbul edilib. İclasda qurultaya hazırlıq və təşkilati məsələlər müzakirə olunub.

Qurultayda Mətbuat Şurasının yeni dövrün tələblərinə uyğun formalaşdırılması ilə bağlı məsələlərin gündəmə gələcəyi, qurumun fəaliyyətində və tərkibində bir sıra dəyişikliklərin olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində keçirilib. Həmin qurultayda Mətbuat Şurasının hesabatı müzakirə olunub, Nizamnaməsinə dəyişiklik edilib, 23 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb.

Daha sonra Rəşad Məcid Mətbuat Şurasının sədri seçilərək 2003-cü ildən quruma rəhbərlik edən Əflatun Amaşovu əvəzləyib. Şuranın Nizamnaməsinə əsasən, sədr İdarə Heyətinin üzvləri arasından dörd il müddətinə seçilir.

Sizə yeni x var
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az