Modern.az

Si Cinpin və Tramp İranla bağlı razılığa gəldilər

Si Cinpin və Tramp İranla bağlı razılığa gəldilər

Dünya

26 Sentyabr 2026, 16:27

Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamamaqla bağlı öhdəliyinə əməl etməli olduğu barədə razılaşıblar.

Modern.az xəbər verir ki, bu barədə Si Cinpinin ABŞ-a dövlət səfərinin yekunlarına dair yayılan birgə məlumatda qeyd olunub. Məlumatı “Sinxua” yayıb.

İki ölkənin liderləri həmçinin razılaşıblar ki, heç bir dövlət və ya təşkilat beynəlxalq su yollarından gəmilərin keçidinə görə tranzit haqqı almaq hüququna malik deyil.

Si Cinpin ABŞ-a üçgünlük səfəri çərçivəsində Donald Trampla ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparıb. Görüşlərdə əsas beynəlxalq və regional məsələlər də müzakirə olunub.

Birgə məlumat Çin liderinin cümə günü ABŞ-a səfərini başa vurmasından sonra yayımlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması