20 İyun 2017, 15:15 | Ana Səhifə - Yazılar - Vəli Xramçaylının sərgüzəştləri
Vəli Xramçaylının sərgüzəştləri

Hidayət Elvüsal

 


Və birdən fikirləşdim ki, son vaxtlar yazdıqlarımı da, bala-bala öz adlarına çıxanlar peyda olub. Bu səbəbdən də dedim, ey Dəli Ceyran, bu utanmazları utandırmaq üçün o kiçik miniatürləri bir yerə yığ, altına imzanı qoy. Yoxsa telekanallarda, konsertlərdə səslənən, göstərilən halal-hümmət yazıların kimi bunlar da yağmalanacaq. Odur ki, gündə 1 litr araq içən Vəli qağamdan yazdıqlarımı və bir neçə yazacaqlarımı yığıb-yığışdırdım.

Məsəlçün, yazmışdım ki, Aqil Abbası və Vəli Xramçaylını bir nəfər yazı-pozu fanatı kəndə qonaq çağırır. Üstəlik o boyda qələm adamlarını balaca oğluna sürpriz eləmək istəyir.

Dağ kəndi olduğundan maşın gedə bilmir və həmin adam bir at tapıb gətirir ki, sənətkarlar tərkləşib, kəndə getsinlər. Gedirlər!

Evə çatanda oğlu atasının qabağına yüyürür. Ata da şəstlə, fəxrlə, qürurla bir oğluna, bir də atdan düşən yazıçı Aqil Abbasa və şair Vəli Xramçaylıya baxır. Sonra uca səslə soruşur:

- Oğlum, tanıdınmı?

Uşaq tez dillənir:

- Tanıdım, ata! Mərdan əminin atıdır.

Kişi də, Aqil də, Vəli də… o söz…

Bu hələ harasıdır. Bir neçə gündən sonra qonaqlar geri qayıtmalı olurlar. Amma Mərdan kişinin atı tapılmır. Əlacsız qalıb bir eşşək gətirirlər və sənətkarları yola salırlar. Asfalt yola, yəni maşina yaxın yerə çatanda tez eşşəkdən düşürlər ki, görüb, eləyən olmasın. Aqil:

- Ə, tez ol, ə! Eşşəyi burax, özü qayıdacaq.

Vəli kövrəlir:

- Yox, bu, hörmətsizlik olar, - deyir.

Sonra heyvanın boynunu qucaqlayıb, o üzündən, bu üzündən öpür. Aqil Abbas çəmkirir:

- Ə, nağayrırsan?

Vəli Xramçaylı məzəmmətlə ona baxır:

- Ayə, ağlına başqa şey gəlməsin! Mən insanlığımı yerinə yetirirəm.

- Nə insanlıq, ə?

- Ayə qıvlasız, bizi kənddən bura qədər hörmətlə, izzətlə beşidə gətirib dana. İndi bu eşşəkdi qanmır. mənim adamlığıma noulub?

- …

Və Samirə Zeynalova adlı çox gözəl bir xanım dostumuz var. Kitabı da çıxıb.

Günlərin birində “Azərbaycan” nəşriyyatının yeməkxanasında oturmuşduq. Vəli qağam da boğazını yaşlayıb təzə şeirini oxuyurdu. Samirə çox təsirlənmişdi. Xeyli keçəndən sonra Vəliyə dedi:

- Şair, bugünkü konsertə iki biletim var. Nə deyirsən?

Vəli qağa tez dilləndi:

- Çox yaxşı, iki dəfə gedərsən dana!

- …

Bir neçə gündən sonra isə Vəli onu dəvət elədi. Özü də necə? Samirə xanıma dedi:

- A Samirə, sənə iki sualım var.

Samirə incimişdi və elə incik halda, başını qaldırmadan dilləndi:

- Eşidirəm.

- Birinci sualım budur ki, mənimlə kinoya gedirsənmi? İkinci sualım da belədir ki, niyə getmirsən?

- …

Və o gün Vəli Xramçaylı nə demişdisə, Samirə xanım içəri girib, hirslə soruşdu:

- O Vəli Vurançaylı hardadı?!

- Noulub ki?

- Ona kitab bağışlamışam, oxumadan, eləmədən aparıb bir şüşə arağa dəyişib.

Amma ürəyi yumşaqdır, Samirə xanımın. O gün pulunu itiribmiş. Çox axtarıb, tapa bilməyib. Gəldi nəşriyyata. Pulun aqibətini soruşdum:

- Tapa bilmədim, - dedi.

- Tapsan neynəyəcəksən?

Tərs-tərs üzümə baxdı:

- Müəllim, tapsam, Vəli Xramçaylıya iki litr araq alacam.

- Tapmasan?

- Tapmasam, iki qram zəhər!

Allah qorusun! Sən pulunu itirmisən, Vəli neynəsin? Amma Vəli, Samirə xanımın xətrini dünyalarca istəyir. Bilmirəm, siz də görmüsünüzmü? Samirə feyzbukda bir fotoşəkil paylaşıb. Yəni səyahət tədarükünə oxşayır. Yol çantaları, filan.

Bu gün Vəlini gördüm. Dilxor idi. Üz-gözündən hüzn yağırdı. Fikirləşdim ki, yəqin Samirə xanımın getməsinə dözə bilmir.

- Nə olub, şair?

- Ayə, hessat, qağa!

- Yenə də!

- Samirə getdi.

- Onun dərdindən…

- Ayə, qulaq as! Bir butulka su doldurmuşdum ki, arxasınca səpəm. Gedəni belə yola salmırlarmı ki, tez qayıtsın?

- Hə!

- Ayə, ta nə hə? Dünəndən bəri özümə gələ bilmirəm. Su olan butulkanı qoyub, bir litr arağı Samirənin arxasınca atmışam…

Görəsən gedənin arxasınca su yox, araq atanda nə olur?!

Salamatçılıq olar, inşallah! Elə o biri şair də yaxşı deyib:

- Saqi, boşaldı badəmiz, eşq ilə doldur da içək…

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Balakəndə kişi öz qırtlağını kəsdi 15 May 2021, 00:24 Dünyada koronavirusa yoluxanların sayı artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06