Modern.az

İranlı deputat ölkəsinin nüvə sazişindən faktiki çıxdığını bildirib

İranlı deputat ölkəsinin nüvə sazişindən faktiki çıxdığını bildirib

Dünya

Bu gün, 10:22

İran parlamentinin Milli təhlükəsizlik komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd hesab edir ki, ölkəsi Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən faktiki olaraq kənarda qalıb.

Modern.az xəbər verir ki, deputat bu fikrini İranın nüvə obyektlərinə zərbələr endirilməsi və nüvə mütəxəssislərinin öldürülməsi ilə əlaqələndirib. O, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (MAQATE) üzvlüyü barədə də eyni mövqeyi ifadə edib.

“Düşünürəm ki, biz artıq faktiki olaraq müqavilədən kənarda qalmışıq. Artıq heç nə elan etməyə ehtiyac yoxdur, sadəcə qərar qəbul edə bilərik”, – Zöhrəvənd deyib.

Deputatın fikrincə, İran ictimaiyyəti müqavilədən çıxmağı dəstəkləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir hiyləgərlik! Bakıyla İrəvana mesaj göndərdi