Modern.az

Azərbaycanın neft mütəxəssisləri Vyetnama necə göndərilmişdi?

Azərbaycanın neft mütəxəssisləri Vyetnama necə göndərilmişdi?

Ölkə

Bu gün, 11:42

Prezident İlham Əliyev Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfərindən sonra azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafına kömək üçün bu ölkəyə göndərildiyini bildirib.

Modern.az xəbər verir ki, dövlət başçısı bu barədə Hanoyda Vyetnam Prezidenti To Lamla görüşdə danışıb.

“Həmin səfər zamanı Prezident Ho Şi Min Azərbaycanın bəzi sənaye sahələrini, xüsusilə neft sənayesi ilə əlaqəli olan sahələri ziyarət edib. Bundan sonra bir çox azərbaycanlı mütəxəssis neft sənayesinin inkişafına dəstək olmaq üçün Vyetnama göndərilmişdir”, – İlham Əliyev deyib.

Görüşdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (“PetroVietnam”) arasında əməkdaşlığın dərinləşdirilməsi də müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə