22 İyun 2017, 12:40 | Ana Səhifə - Yazılar - Dərdə çevrilən komfort mənzillər
Dərdə çevrilən komfort mənzillər

Vəfa Allahverdiyeva

Azərbaycanda tikinti sektoru dinamik inkişafa qədəm qoyanda, tək narahatedici sual bu idi ki, müasir tikinti ənənəvi keyfiyyət standartlarına nə qədər sadiq qala bilir.

2000-ci ildəki tektonik hadisə sübut etdi ki, yeni tikililərin normal və ondan bir qədər artıq silkələnməyə tab gətirmək gücü var.  

Bu, paytaxtdakı bütün binalar üçün təsəlliverici isbat deyildi, çünki tikinti bumu yüksək həddə 2000-ci ildən sonra çatdı...
 

Sonrakı əndişə və təşvişli suallar binalardakı  mənzillərin bir neçə istehlakçıya satış fırıldağı ilə meydana çıxdı...

Bir-birinin içində tikməklə oksigenə sərhəd çəkmək, havasızlıq vəziyyətini yaratmaq yeni tikinti yanaşmasına başqa bir tənqidi irad olaraq meydana gəldi. 

Bir sözlə, şəhərin modern üslubunu yaradan təzə yaşayış kompleksləri  ilə bağlı suallar, gileylər, bax beləcə bitmədi ki, bunlardan betər cəhətləri qayğı etmək timsalında  artmaqda davam edir.

Çünki problemlər təkcə zahiri tərəfdən mövcud deyil.

Komfort mənzillərin içindən baxanda da, yeni tikililərdə yaşamaq xeyli insandan bir hünər istəyir, artıq bir dərd məsələsinə çevrilir.

O səbəbdən ki, kommunal ödəmələr havadan götürülmüş rəqəmlərlə hər bir mənzil üçün müqayisədə Azərbaycandakı minimum əmək haqqı və təqaüd həddində müəyyənləşib.

Cəmiyyətdə yeni binaların varlıların məskəni təsəvvürü  var ki,  bu, olduqca təhrifli yanaşmadır. Şübhəsiz ki,  qiymət siyasəti də reallıqların təhlili ilə yox, məhz bu xətalı yanaşma ilə yoğrulub.

Halbuki Bakı gözlərimiz önündə sökülüb yenidən inşaa edilir və imkanlı-imkansız yeni tikililərin sakinlərinə çevrilir.

Bu binaların kommunal xərcləri ona görə narazılıq yaradır və xeyli vətəndaşı əzir  ki, hamının cibi eyni şəkildə dolu deyil.

Bundan başqa, maddi gəlir, yaxşı iş-güc  daimi xarakter daşımır.

Demək, yeni binalarda ciddi şəkildə gələcək qorxusunun yaşanmasında bir haqlılıq  var.  

Komfort mənzilləri almaq üçün toplanan, borc edilib ödənən pulun dərdi bir gün bitir.

Amma onun içində aybaay ödənən “vergi” insanın ömürlük maddi yükü kimi qalır.

Xüsüsi diqqət tələb edən məqam sözügedən mənzillərdə yaşlı nəsli gözləyən aqibətdir.

MMC-lərə ödənilən kommunal haqlar bir təqaüdçünün təqaüdü və ya ondan artıq məbləğ təşkil edirsə, gələcəkdə yaşlı insanların timsalında bina xidmətlərinə kütləvi borc, bu borc ucbatından insidentlərin meydana gəlməsi qaçılmazdır.  

Bu gün orta yaşdakı nəsil sabah qocalıb təqaüdə möhtac, oğuldan-qızdan uzaq yaşamalı olduqda, mənzil vergisi, mənzil xərci bir aylıq təqaüdü udacaqsa, yeni binalar bu kateqoriyanı potensial narazıya çevirəcək-deməkdir.  

Bu gün vəziyyətinə, statusuna qibtə ilə baxılan millət vəkili sabah eks-deputat kimi sahəsi böyük mənzilini saxlamağın əlində aciz qala bilər. Çünki pis gündən kimsə sığortalanmış deyil.

Mənzil parça deyil, bir ucundan kəsərək övladına verib ümumi xərci bölüşəsən.

Azərbaycan mentaliteti deformasiya, yad təsirlər səbəbindən artıq övladlarla birlikdə yaşama ənənəsini  qəbul etmir.

Bunlar o deməkdir ki, munis xatirələr olan mənzillər müəyyən vaxtdan sonra onu quran insanların çiyninə ağır bir yük kimi düşüb, onları əlverişli variantlar axtarışına sövq edəcək.    

Halbuki başqa alternativ də yoxdur.

Sovet memarlığı tamamən sıradan çıxır.

Hamının az xərc tələb edən  həyət evlərinə qaçması da mümkünsüzdür.

Yeganə mümkün yol MMC-lərin kommunal xərcləri düzgün, ədalətli müəyyən etmələrinə və bu məsələnin kütləvi tələb səviyyəsinə çatdırılmasına qalır.      

Öz mənzilində kirayəşin olmaq düşüncəsini elektik enerjisi, qaz və su tariflərindəki ötən ilki artım yaratdısa, bura yeni binaların yüksək vergisini də əlavə etdikdə, vətəndaşın çətin durumu qarşısında kirayəşin kəlməsi çox  acız qalır.

Üstəlik, o vətəndaş təqaüdçü olanda vəziyyət tam olaraq kritikləşir.

Mənzil xərci ailə üzvlərinin sayına görə müəyyən edildikdə, oğul-qız yükünü yerə qoymuş yaşlılar üçün durum, əksinə yüngülləşmiş olur.

Lakin bəllidir ki, məbləğ mənzilin kvadratına uyğun müəyyənləşir; qoca ata-ananınsa 150 kv.m üçün 80 manat pul ödəməsi olduqca gülməlidir və ədalət anlayışından uzaqdır. Valideynlərin gələcək xərcləri bu gündən gənc ailələrin qarşısında problem kimi dayanır.    

Doğrudan da qəribədir: özün öz evinin həm xanımı, həm zibil atanı, həm qapının həndəvərini, ayağının altını təmizləyən olmaq istədiyin halda, sənə məcburi qulluqçu xidməti təklif edilir. Səndən zorən xanım yaradılır.

Niyə?..    

Lift və mühafizə xidmətindən başqa, digər məsələlər bina sakinlərinin edə biləcəyi işlər olsa da, vətəndaşdan qoparılan vəsait hesabına əlavə ştatlar açılır-halbuku nə zibil torbaları vaxtlı-vaxtında dəhlizlərdən aşağıya daşınır, nə də bloklar gündə təmizlənir.

Amma ortada hər bina üzrə 150-200 mənzildən alınan böyük vəsait var: hara gedir, necə nəzarət olunur-bilən yoxdur.  

Biləcək yalnız bir ünvan var: nəzarət funksiyası daşıyan müvafiq dövlət orqanları.

Məsələni onların nəzər-diqqətinə qədər aktuallaşdırmaq gərəkdir ki, kommunal xərclərdəki soyğunçuluq prinsipinin yerini ədalət tərəzisindən keçən  düzgün rəqəmlər tutsun.  Heç olmasa, evin içinə aid münasib qiymət siyasəti çöldən narahatlıq yaradan səhvləri, yazının girişində sadalanan tərəddüdləri, şübhələri xəyallardan uzaqlara qovub, vətəndaşa bu yeni tikililərin zövq-həzzini daimilik verə bilsin...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Oğuzda köməksiz qalan şəxs xilas edildi 2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56 Dolların məzənnəsi sabit qaldı 2 Avqust 2021, 17:50 Qazi döyülüb? - DİN məsələyə aydınlıq gətirdi 2 Avqust 2021, 17:44 “Döyüş əmrini gözləyirdik, tər tökərək o günə hazırlaşırdıq...” 2 Avqust 2021, 17:38 Ceyhun Bayramov BMT nümayəndəsilə görüşdü 2 Avqust 2021, 17:33 Eldəniz Səlimov YAP-dan ÇIXARILDI 2 Avqust 2021, 17:27 Erməni hərbçinin ölüm səbəbi hər kəsi təəccübləndirdi 2 Avqust 2021, 17:22 “Atəşin uşaqları”: Türkiyədəki yanğınlarda erməni izi - FAKTLAR (VİDEO) 2 Avqust 2021, 17:16 DİN-dən polisi döyən deputatla bağlı yeni AÇIQLAMA 2 Avqust 2021, 17:12