19 Oktyabr 2021, Çərşənbə axşamı
13 Avqust 2017, 10:41 | Ana Səhifə - Yazılar - Uçurum
Uçurum

Hidayət Elvüsal


Onlar başqa cür doğulur, başqa cür böyüyür, başqa cür oxuyur, başqa cür yaşayır, başqa cür vəzifəyə gəlir, başqa cür düşünür və hətta öləndə başqa cür ölürlər.

Son zamanlar baş verən xoşagəlməz hadisələr cəmiyyətin bölünmüş, ayrılmış ponoramını göz önündə sərgiləyir. Və indi, məhz indi şübhə yeri qalmır ki, ölkədə fərqli bir zümrə formalaşıb. Əgər açıq danışırıqsa, niyə gizlədək ki…

Nazirlər, generallar, digər vəzifə sahibləri, məmurlar cəmiyyətlə aralarında uçurum yaradıb, bir dairə cızıb, bu dairənin etiketləri, qayda-qanunları ilə yaşayırlar. Əksər hallarda yalnız bir-birləri ilə qohum olurlar. Başqalarının həmin dairəyə yaxın buraxmırlar. Hamısı var-dövlət, nüfuz sahibləridir. Toy, yas mərasimləri, elçi getmələri, qohum olmaları az qala rəsmi protokol xarakteri daşıyır.

Toylarında yalnız özlər olur. Yasları, hüzr mərasimindən çox, rəsmi görüş tədbiri təsiri bağışlayır. Bir çox vacib məsələlər bəzən məhz bu toylarda, yaslarda həll olunur.

Onlar başqa cür yaşayırlar. Əksəriyyətinin övladları bəzən layiq olmadıqları  vəzifələr tutur. Onlar malik olduqları sərvətləri, maşınları, kef məclislərini, əyləndikləri qızların yarıçılpaq şəkillərini sosial portallarda yayımlamaqdan çəkinmirlər. Onlar bu torpaq uğrunda vuruşmurlar, amma sərvətlərini sümürüb damarlarına çəkirlər. Adi adamları, sadə insanları heçə sayırlar. Kasıb-kusubu az qala ayaqlayıb keçirlər. Bəzi isə qudurğancasına təhqir edirlər, söyürlər, döyürlər. Və bütün bunlar cəmiyyətdə etirazlara səbəb olur. Boş-boş danışmaqla deyil. Bu kiçik ölkədə heç nəyi, heç kəsi gizlətmək olmur. Hamı nəyin nə olduğunu çox gözəl bilir. Filan obyektin, filan şirkətin, filan TV-nin, filan qəzetin, hətta filan daş karyerinin… kimə məxsus olduğu bilinir.

İsmayıllı hadisələri əslində bir çatlaq verdi. Çatlaq böyüdükcə böyüdü və bu gün baş verən “gül balalar” hadisələri səbr kasasını daşdırdı.

Gəlin açıq danışaq! Prezidentin, bu ölkənin liderinin də oğlu var. Haqqında xoşagəlməz bir söz söylənibmi? Başqalarına qarşı bir saymazlıq, hörmətsizlik edibmi?

Prezidentin qızı Leyla Əliyeva tədbirlərdə, gəzintidə rastlaşdığı sadə insanlarla görüşür, söhbət edir. Bununla da demək istəyir ki, mən də sizlərdən biriyəm. Amma prezidentin fərmanı ilə vəzifəyə gələnlərin övladlarının ədalarından, havalarından yanlarından keçib-keçmək olmur. Onlar özlərinin yüksək, fərqli olduqlarını hərəkətləri, əməlləri ilə nümayiş etdirirlər.

Və prezident dönə-dönə vəzifəli şəxslərə övladları ilə bağlı xəbərdarlıq etməyibmi? Onları ailələri, övladları ilə birlikdə cəmiyyətə qarşı hörmətlə, mədəniyyətlə davranmalı olduqlarını xatırlatmayıbmı? Bu xəbərdarlıqlardan hamı nəticə çıxarılıbmı?

Çıxarmayıb! Və onlar bu hərəkətləri ilə cəmiyyətdə bir çatlaq, özünüizolə, fərqli, guya aristokrat… zümrə kimi göstərməyə çalışırlar. Rüşvətxorun, korrupsionerin, oğrunun, qansoranın… nə aristokratlığı ola bilər ki? Bunlar əslində görməmişlər toplusudur. Millətin canından, qanından sorduqları haram pullarla qudurğanlıq edən övladlarının kef məclislərinə, avtomobil kolleksiyalarına baxıb qürrələnirlər. Bax, görməmişlik, yaxud sonradan görmə bəlası budur. Artıq onlar əyri yollarla yığdıqları pulları deyil, bu pullar onları idarə edir.

Bahalı geyinmək, bahalı avtomobil sürmək, mərc üçün ayı kəsdirmək, delfin kababı, dəvə qutabı yemək, minlərlə dollara satılan içkilər içmək adamlıqdan, kübarlıqdan xəbər vermir. Bunların bir adı var - qudurğanlıq, görməmişlik, haram pulların ehtizaza gətirdiyi gədəlik!

Və bu çat böyüdükcə belələrini də udub aparır. O nazirlər, o generallar görünməz olur. Dairə daralır.

Elə edin ki, elə yaşayın ki, o dairə kiçilib, kiçilib, boğazınıza keçməsin, haram tikə yeməkdən genəlmiş, yoğunlaşmış, danışığını itirmiş boğazınıza…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanda yeni siyasi partiya yaradılır 19 Oktyabr 2021, 15:56 Formula-1 gələn il Bakıda bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu” yeni layihənin icrasına başladı - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12 Bütün təhdidlər puç olacaq 19 Oktyabr 2021, 13:09