Modern.az

SEPAH-dan əməliyyat: ölənlər var

SEPAH-dan əməliyyat: ölənlər var

Dünya

2 Oktyabr 2026, 23:53

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Sistan və Bəlucistan vilayətinin Rask rayonunun qərbində dağlıq ərazidə gizlənən terror qruplaşmasına qarşı əməliyyat keçirib.

Modern.az APA-ya istinadən xəbər verir ki, SEPAH Quru Qoşunlarının məlumatına görə, sözügedən terror qrupu müəyyənləşdirilib və qəfil əməliyyat nəticəsində zərərsizləşdirilib.

Əməliyyat nəticəsində 2 nəfər öldürülüb, daha bir neçə nəfərin isə təqib edildiyi bildirilib.

Qruplaşmanın vilayətdə bir sıra terror aktlarında, o cümlədən yerli SEPAH əməkdaşlarından birinin öldürülməsində iştirak etdiyi bildirilir.

Sözügedən qruplaşma yaxın günlərdə vilayətdə təhlükəsizliyin təmin olunması ilə məşğul olan qüvvələrə hücum planlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?