Modern.az

Gənclər «Əsrin Müqaviləsi»-ni qeyd edəcəklər

Gənclər «Əsrin Müqaviləsi»-ni qeyd edəcəklər

16 Sentyabr 2009, 17:25

 

Gənclər üçün Təhsil Mərkəzi və “Gənclər Mərkəzi” İctimai Birliyi 18 sentyabr 2009-cu il tarixdə «Əsrin Müqaviləsi – regionların sosial-iqtisadi inkişafına gedən yol» mövzusunda aksiya keçirəcək. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd Əsrin Müqaviləsinin 15-ci ildönümünü qeyd etmək və onun regionların sosial-iqtisadi inkişafındakı rolunu gənclərə çatdırmaqdır.

Qeyd edək ki, aksiyaya millət vəkilləri, dövlət və hökumət nümayəndələri, ali məktəb rəhbərləri, QHT nümayəndləri qatılacaqlar.

Aksiyayanın gerçəkləşməsinə Səbail Rayon İcra Hakimiyyəti, Bakı Biznes Universiteti və “Bank Respublika” ASC dəstək verir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir