16 Yanvar 2018, 13:19 | Ana Səhifə - Yazılar - Bu millətin başında az dəlləklik edin!
Bu millətin başında az dəlləklik edin!

Aqil Abbas,
Milli Məclisin üzvü

 

Cəmi bircə əsrin içində hamı bu millətin başında dəlləklik edib. Adını dəyişiblər, dörd dəfə əlifbasını dəyişiblər. Bu əlifba dəyişiklikləri ilə də milləti kökündən qoparıblar.

Millət kəndinə gələndən sonra 92-ci ildə həm Türkiyə ilə daha yaxından bağlanmaq üçün, həm də Avropaya çıxmaq üçün yenidən latın əlifbasına qayıtdıq. Burda da bir dəlləklik elədilər. Dünyanın, eləcə də Türkiyənin istifadə etdiyi latın əlifbasına da olduğu kimi keçmədik. Ona görə də internetdə nə qədər əziyyət çəkirik. Nə isə, o qatar çoxdan gedib.

İndi də ana dilimizlə oynayırıq. Əvvəla, XX əsrdə bir dəfə dillə oynadılar. Əvvəllər ədəbi dil kimi Gəncə, Qarabağ dialekti götürülürdüsə, sonra bunun üstündən xətt çəkdilər və keçdilər Bakı dialektinə. Düzdü, bu o qədər də ciddi bir fərq eləmədi.

İndi də yeni sözlər qayırırıq. Nə bilim, ipəzor, ipəsox,dilə yatmayan sözləri dilimizə soxuruq. Guya alınma sözləri tərcümə edirik.

O vaxt Türkiyədə bir Dil Üst Qurumu yaratdılar ki, dili təmizləyəcəklər, türk dilini məhv elədilər və Türkiyə türklərini bizlərdən, tatarlardan, ümumiyyətlə, Türkiyədən kənarda yaşayan türklərdən ayırdılar. Təmiz türk sözü «nənə» sözünü elədilər «babaanne, anaanne» «bacı»nı «qızqardaşı». Bir tərəfdən də fransız sözlərini gətirib çoxdular türk dilinin içinə. Nə isə, özləri bilər. Biz öz dərdimizi çəkək.

Akademiyanın alimləri elə bil dilimizin qəsdinə durublar. İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, «qəşəng» sözü «qəşənk» yazılmalıdır. Niyə, qaqa, «k»la yazanda hamımız qəşənk olacağıq? Nə bilim, day bir də hansısa hərfləri dəyişirlər. Orta məktəblərimizdə müəllimlərimiz «qəşəng» sözünü uşaqlara heç «qəşəng» kimi öyrədə bilmirlər, bir imla yazdırsaq, 80 faizində yüz orfoqrafik səhv taparıq. İndi də «qəşənk» yazmağı öyrədəcəyik.

Nə bilim iki samitin biri düşməlidi, «ədəbiyyat» yox, ədəbiyat» yazılmalıdı, «riyaziyyat» yox, «riyaziyat» yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, «Məhərrəm» yazılmalıdır «Məhərəm», adam da səhv elədi ortadakı «ə»ni yedi «Məhərəm» oldu «Məhrəm» . Məsələn, «eşşək» sözünü «eşək» yazmalıyıq. «Eşək» hara «eşşək» hara?! Hələ elə adamlar var ki, onlara «eşşək» deyəndə də ürəyin soyumur, üç «ş»la deyəndə ləzzət eləyir .

Hörmətli, alimlər! Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox.

İndi iki samitdən birini ixtisar etsək, onda Azərbaycan Milli Elmlər Akademiyası day indən belə Azərbaycan Mili Elmlər Akademiyası yazılacaq?

Mən ölüm, nə təhər dedim?! Qəşşənggg! Üzr istəyirəm, qəşənk!

Hörmətli alimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü də təmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçi kimi Akademiyaya dəvət edin.

Oğuzda köməksiz qalan şəxs xilas edildi 2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56 Dolların məzənnəsi sabit qaldı 2 Avqust 2021, 17:50 Qazi döyülüb? - DİN məsələyə aydınlıq gətirdi 2 Avqust 2021, 17:44 “Döyüş əmrini gözləyirdik, tər tökərək o günə hazırlaşırdıq...” 2 Avqust 2021, 17:38 Ceyhun Bayramov BMT nümayəndəsilə görüşdü 2 Avqust 2021, 17:33 Eldəniz Səlimov YAP-dan ÇIXARILDI 2 Avqust 2021, 17:27 Erməni hərbçinin ölüm səbəbi hər kəsi təəccübləndirdi 2 Avqust 2021, 17:22 “Atəşin uşaqları”: Türkiyədəki yanğınlarda erməni izi - FAKTLAR (VİDEO) 2 Avqust 2021, 17:16 DİN-dən polisi döyən deputatla bağlı yeni AÇIQLAMA 2 Avqust 2021, 17:12  “Azərbaycanın konstitusion quruluşu möhkəmdir”   2 Avqust 2021, 17:06 Məşhur restoran sahibləri cərimələndi - SİYAHI 2 Avqust 2021, 17:00 Baş nazir dövlət qurumlarının rəhbərlərinə göstəriş verdi 2 Avqust 2021, 16:55 ATV-də yeni təyinat 2 Avqust 2021, 16:51