Modern.az

Dağlıq Şirvan iqtisadi rayonunda aqroturizmin inkişaf imkanları qiymətləndirilib

Dağlıq Şirvan iqtisadi rayonunda aqroturizmin inkişaf imkanları qiymətləndirilib

17 Sentyabr 2009, 14:03

Azərbaycanda Regional İnkişaf Mərkəzi Fondu (ARİMF) «Dağlıq Şirvan iqtisadi rayonunda aqroturizmin inkişaf imkanlarının qiymətləndirilməsi» layihəsinin təqdimat mərasiminə həsr edilmiş tədbir keçirib. Modern.az-ın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirliklərinin, Dövlət Turizm, Bakı Dövlət, Lənkəran Dövlət universitetlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat və Coğrafiya İnstitutunun, QHT-lərin  nümayəndələri iştirak edib.
ARİMF-in prezidenti Çingiz İsmayılov layihənin Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd dağlıq Şirvan rayonlarında aqroturizmin inkişaf imkanlarını qiymətləndirmək və bununla bağlı kənd əhalisi arasında təbliğat işi aparmaqdır: «Dağlıq Şirvan iqtisadi rayonu aqroturizimin inkişafı baxımından əlverişli regiondur. Tədbiri keçirməkdə məqsədimiz bu regionda aqroturizmin inkişaf imkanlarını araşdırmaqdır. Biz təhqiqat kimi bu regionda yerləşən Şamaxı və İsmayıllı rayonlarının bir sıra kəndlərini seçmişik. Təhqiqatın nəticəsi olaraq deyə bilərəm ki, bu ərazilərdə aqroturizmin inkişafı üçün geniş imkanlar olsa da, müəyyən problemlər də var. İlk olaraq burada yaşayan əhali arasında məsələ ilə bağlı maarifləndirmə işi aparılmalı, o cümlədən infrastrukturun inkişafına nail olmaq lazımdır. Çünki bu regionun bəzi kəndəlirndə yol, habelə qaz problemi var. Hesab edirəm ki, bu problemlər aradan qaldırılsa, regionda  turizmin imkanlarından geniş istifadə etmək mümkün olacaq».
Aqil LƏTİFOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq