28 Fevral 2018, 13:36 | Ana Səhifə - Yazılar - Haradandır bu sevda?
Haradandır bu sevda?

Hidayət Elvüsal

 

Kim nə deyir desin, biz beləyik. Bir atımlıq barıtı partladırıq, sonra səssiz-səmirsiz çəkilib giririk yatağımıza, mışıl-mışıl yatırıq.

Bu barədə dəfələrlə danışmışıq. Amma hələ ki, Xocalı yarası tamam qaysaq bağlamayıb, təkrar bəhs edirik. Azərbaycanın, ümumiyyətlə türkün başına gələn faciələrin ən eybəcər ideyaları həm də erməni kilsəsinin məhsuludur. Erməni kilsəsi nifrətin, qanın, dəhşətli işgəncələrin, faşizmin dini qərargahıdır. Bütün terroristlər, məhz kilsədən xeyir-dua alır.

Xatırlayın! Üç Qafqaz respublikalarının yol kəsişməsində bir Dostluq abidəsi vardı. Onu kim partlatdı, yadınızdamı? Cavan bir erməni keşişi, kilsə xadimi. Elə o gorbagorun özü də partladı, çünki bomba vaxtından qabaq işə düşmüşdür. Bu keşişin, Ermənistandakı, yaxud Gürcüstandakı kilsələrin hansında qulluq etdiyini söyləmək çətindir.

İşğal olunmuş Şuşanı yada salın. Erməni kilsəsi hər yandan keşişləri oraya toplayıb. Gürcüstandan da nümayəndələr var (Gürcüstanın adını tez-tez çəkməyimi biləcəksiniz). Onlar bayquş kimi ağız-ağıza verib, erməni işğalçılarını öyür, işğal etdikləri Azərbaycan torpağını murdarlayırlar.

Erməni kilsəsinin təhriki ilə “dənizdən-dənizə” sərsəmliyinə başlayan ermənilər xalqımızın başına olmazın müsibətlərini gətirdilər. Gümrüdə körpə uşaqları dəmir boruya doldurub, hər iki tərəfini qaynaqla qapatdılar. Körpələr boğulub öldü.

Qaradağlıda, Boğanis-Ayrımda, Ağdabanda qocaları, qadınları, körpələri vəhşicəsinə öldürüb, çoxlarını diri-diri yandırdılar. Nəhayət Xocalı…

Dərs olmadı! Dünyada misli görünməmiş işgəncələr törətdilər. Kilsə yanlarında idi. Keşişlər işğalçılara dua edirdilər. Qadınlar, qızlar öldürülür, təcavüzə məruz qalır, ananın gözü önündə balasının başı kəsilirdi. Bunu özləri də etiraf edir, bütün dünyaya bildirirlər.

Bax, burada dayan! İndi cavab istəyirik - Azərbaycan xalqına qarşı törədilən bu amansızlıqların, təcavüzlərin, alçaqların müqabilində niyə erməni kilsələrinə yardım edirik? Bu sevgi, bu məhəbbət, bu eşq, bu vurğunluq… haradandır?

Hə!!! Gürcüstandakı erməni kilsələrini deyirəm. Pulsuz-parasız (lap elə pulla olsa belə!!!) verdiyimiz mavi yanacaq nəyin mükafatıdır?! Yox! Mən şovinist deyiləm! Sadə erməni ilə işim-gücüm yoxdur. Mən Azərbaycan xalqına, türk dünyasına qarşı ən eybəcər fəaliyyətdə olan erməni kilsəsini deyirəm. Bir deyil, iki deyil, üç deyil, dörd deyil, beş deyil…

Və bu kilsələrə gedən borulara “sasok” qoyub, evlərinə pulsuz Azərbaycan qazı çəkən şovinist, düşmən erməniləri deyirəm. Niyə bunu edirsiniz?!

Heç kəs nağıl danışmasın. Biz o nağılları çooox… eşitmişik. “Sadə erməni xalqı”, “günahsız insanlar”, “bədbəxt haylar”…

Ay kişi!

Mən sadə xalqdan danışmıram! Erməni kilsəsindən danışıram. Türk dünyasına qarşı amansız bir şəkildə mübarizə aparan, terrorçu hazırlayan, Qarabağda ölən işğalçı ermənilərə dualar oxunan kilsələrindən.

Onlara göstərdiyiniz qayğı nəyin müqabilindədir?! Bu nə sevgidir ki, ruhunuzu tərk eləmir?

Və nəhayət - siz kimsiniz?!! İki-üç gün öncə Xocalı faciəsinin ildönümü idi. Televiziya ekranlarında təkrar-təkrar nələr görmədik. Siz də baxırdınız? Baxırdınızsa, nə anladınız?!
 

P.S. Yazını bitirib televizoru açdım. Əlbəttə, yavaş-yavaş şou-proqram seli kükrəməyə başlayırdı. Titrdə “Unudulmamaq üçün nə etmək lazımdır?” yazısı keçirdi. Unudulmamağı bilmirəm, amma unutmamağı bilirəm. Unutmamaq üçün ən azı vətəndaş olmaq lazımdır!

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır” - Mehriban Əliyeva 10 May 2021, 12:29 Prezident Culfa-Ordubad avtomobil yolunun AÇILIŞINDA 10 May 2021, 12:24 Gorançaydan daşqın keçib - FAKTİKİ HAVA 10 May 2021, 12:20 Parlamentdə Heydər Əliyevin ildönümü qeyd olunub - FOTO 10 May 2021, 12:15 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTOLAR 10 May 2021, 12:10 İntibahımızın banisi 10 May 2021, 12:07 Kamran Əliyev baş həkimlərin həbsinə MÜNASİBƏT BİLDİRDİ 10 May 2021, 12:01 Müdafiə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO 10 May 2021, 11:55 Sabahın hava PROQNOZU 10 May 2021, 11:50 Baş Prokuror “Tərtər işi”ndən DANIŞDI 10 May 2021, 11:45 Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi 10 May 2021, 11:40 Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı oldu 10 May 2021, 11:33 “Azərxalça”nın Naxçıvan filialının açılışı oldu 10 May 2021, 11:27 Prezident “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu 10 May 2021, 11:20 İlham Əliyev Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib 10 May 2021, 11:14 Prezident hərbi aerodromun AÇILIŞINDA 10 May 2021, 11:07 Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Azərbaycan qadını həyatının çox böyük bir hissəsini susur -  SABİQ DEPUTATLA MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17