Modern.az

Vergilər Nazirliyinə işə qəbulla bağlı müsabiqə yekunlaşdı

Vergilər Nazirliyinə işə qəbulla bağlı müsabiqə yekunlaşdı

18 Sentyabr 2009, 10:39

Vergilər Nazirliyinə işə qəbulla bağlı növbəti müsabiqə yekunlaşıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu, cari ildə keçirilən birinci, ümumilikdə isə altıncı müsabiqədir.
Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin I mərhələsi olan test imtahanlarında 1186 namizəd iştirak edib. Onlardan 297-si mümkün 100 baldan 70-ni toplayaraq II mərhələyə-müsahibəyə buraxılıb. Vergilər Nazirliyinin Mərkəzi Aparatında keçirilən müsahibə sentyabrın 7-14 tarixləri arasında keçirilib. Müsahibədə ikinci tura buraxılan 297 namizəddən 295-i iştirak edib. Artıq dövlət vergi orqanlarına işə qəbul olunanların adları da məlumdur.
Vergilər Nazirliyindən bildirilib ki, müsabiqənin ümumi nəticələri bu gün ictimaiyyətə açıqlanacaq, eyni zamanda işə qəbul olunanların siyahısı nazirliyin rəsmi internet saytında (www.taxes.gov.az və ya www.e-taxes.gov.az) yerləşdiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq