3 May 2018, 13:30 | Ana Səhifə - Yazılar - Saqqal Qasımın oğlu Bığıbəy
Saqqal Qasımın oğlu Bığıbəy

Mülatif  Adurov,
veteran jurnalist 

 

Bu ata-balanı tanıyanlar onlara təbii adlar vermişdilər. Həqiqətən məhəllədə hamı Qasımı hər vaxt saqqallı görmüşdü, oğlu da burma bığları çənəsinədək uzanan bığıbəy kimi tanınırdı.


Bu hələ onların abır-həyalı adları idi, heç kimdən xəcalət çəkmirdilər. Amma çox adam, xüsusən uşaqlar “Saqqal Qasım”  deyə bilmirdilər (bəlkə də bilə-bilə), ona “çaqqal Qasım” deyirdilər. Oğlunun da adını dəyişib eləmişdilər “dığa bəy” (ermənilərdə gənc oğlanlara “dığa” deyə çağırırdılar).

Beləliklə onların adı “çaqqal Qasımın” oğlu “dığa bəy” kimi çağırılırdı. Belə adları özlərinə rəva bilənlər saqqal da saxlayırdılar, bığ da. “Saqqal Qasım” bazarda qəssab işləyirdi, oğlu isə sallaqxanada sallaq. Özlərinə yaraşdırırdılar bu adları. Bilmirəm, hansı dəbdən yaranıb saqqal saxlamaq, amma getdikcə rusca deyildiyi kimi,  moda düşüb. Özü də müğənnilərin, aktyorların, musiqiçilərin arasında. Son vaxtlar isə televiziya aparıcıların arasında. Təkcə AzTV istisna olmaqla.


Televiziya aparıcıları verilişə dəvət etdikləri iştirakçıların da saqqalı olmasına çalışırlar. Niyə? Məqər bizim fəxrimiz olan müğənnilərimiz, şöhrətli aktyorlarımız, musiqiçilərimiz efirdə saqqallı görünürdülər?


Bir faktı xatırlatmaq istəyirəm. Azərbaycan radiosunun xarici ölkələrə verilişlər redaksiyasında işləyirdim. Mayestro Niyazinin çıxışını yazıb ərəb ölkələrinə, Türkiyə və İrana yaymaq qərara alınmışdı. Mayestro Niyazinin çıxışını radioya da, televiziyaya da yazmaq müşkül idi. Vaxtilə mənimlə birgə “Bakı” qəzetində işləmiş İsmayıl Kərimov köməyimə çatdı. O, mayestronun bacısı oğlu idi. Onun xahişindən sonra Niyazi ilə görüşümüz baş tutdu. Vədləşdiyimiz vaxtda mayestronun “Nizami” kinoteatrının yanıxınlığındakı evinə getdim. Təxminən 15-20 dəqiqəlik radio çıxışını yazmaq istədiyimi bildirdim. Bəstəkar bir qədər gözləməyimi xahiş etdi. Səbəbi isə bu oldu ki, üzü tüklüdür, qırxmalıdır.

-        Mayestro, radio üçün çıxış yazırıq, üzünüzün tüklü olmasının heç bir eybi yoxdur.

-        Var, - dedi, - mən radio dinləyicilərimə də hörmət əlaməti olaraq səliqə-səhmanda olmalıyam.


Görün nə qədər mədəni insan idi rəhmətlik bəstəkarımız!!!..


Bir hadisə də hafizəmdən çıxmır. Metroda bir gənc oğlanla qıza rast gəldim. Mənimlə üzbəüz oturmuşdular. Qız diqqətlə saqqallı oğlanın üzünə baxırdı. Birdən duruxdu, əli ilə oğlanın saqqalını silib mənşəyi bilinməyən cücüləri (deyəsən bit idi) təmizlədi. Mənim də bu mənzərəni seyr etdiyimi grüb pərt oldu. Oğlana:

-        Bəs bu cücülər səni yemir?

-        Yeyir, noolsun yeyəndə? Cücü də heyvandır, bir şey yeməlidir ya yox?

Adətən saqqal saxlayanlar tənbəl olurlar, təmizliyə fikir vermirlər, saqqalı qırxdırmağa da, yumağa da təmbəllik edirlər. Bəziləri yaxın adamları rəhmətə gedəndə qısa müddətə saqqal saxlayırlar. Bu başqa məsələ. İl boyu saqqal saxamaq nə mənsub olduğu dini təriqətə, nə də əxlaqa uyğun gəlir. O ki qaldı aparıcı ola, aktyor - müğənni ola, efirə çıxa.


Efir təmizlik, səliqə-sahman tələb edir. Bunun keşiyində ilk növbədə televiziya rəhbərləri durmalıdırlar. Televiziyanın şərtlərinə əməl etməyənlər efirdən uzaqlaşdırılmalıdır. İstər aparıcı olsun, istər müğənni, istər adi iştirakçı. Əgər onlar özlərinə “çaqqal”, “dığa” sözlərini rəva bilirlərsə ...  

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34