Modern.az

Bakıda heykəllər xiyabanı yaradılacaq

Bakıda heykəllər xiyabanı yaradılacaq

19 Sentyabr 2009, 12:49

Mədəniyyət və Turizm Nazirliyi prezident İlham Əliyevin «Monumental və heykəltəraşlıq abidələrinin qorunması» barədə sərəncamına uyğun olaraq ölkə ərazisində araşdırmalara başlayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS-ə açıqlamasında yaradılması nəzərdə tutulan Heykəllər xiyabanına toplanacaq əsərlərin siyahısının müəyyənləşdirildiyini bildirib. O deyib ki, hər hansı nümunənin incəsənət, yaradıcı nöqteyi-nəzərindən əhəmiyyəti varsa, onlar xüsusi ayrılmış yerə toplanacaq.
«Əgər bunun əhəmiyyəti yoxdursa, onda Bakı şəhər İcra Hakimiyyəti xüsusi bir yer ayıracaq. Artıq götürülmüş Karl Marks, Məşədi Əzizbəyov, Çaparidzenin heykəlləri müəyyən yerdə saxlanılır. Parkın yeri bəlli olandan sonra bu abidələr ora yerləşdiriləcəklər», - deyə nazir qeyd edib.
Park insanların gəliş-gedişi üçün açıq olacaq. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi