Modern.az

“Mən deputatı yox, bacımı özləmişəm” –  Kəmalə Paşayeva

“Mən deputatı yox, bacımı özləmişəm” –  Kəmalə Paşayeva

Ölkə

Bu gün, 08:59

Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onun vəfatının üçüncü ildönümündə paylaşım edib.

Modern.az xəbər verir ki, Kəmalə Paşayeva şəxsi "Facebook" hesabında bacısının yoxluğunun ailəsi üçün hələ də ağır olduğunu yazıb:

“Üç il əvvəl həmin gün həyat dayanmadı. Günəş yenə doğdu, insanlar yenə danışdı, küçələr yenə izdihamlı idi. Həyat hamı üçün davam etdi. Amma mənim dünyamda bir şey həmişəlik əskik qaldı: sən”.

O, Qənirə Paşayevanın səsini, gülüşünü və ona “Kəmalə” deyə müraciət etməsini darıxdığını bildirib. Bacısının ona güclü olmağı, çətinliklərdən sonra yenidən ayağa qalxmağı öyrətdiyini qeyd edib.

Kəmalə Paşayeva paylaşımında mərhum deputatın Azərbaycan, Qarabağ və Türk dünyası üçün gördüyü işləri də xatırladıb. Onun sözlərinə görə, bacısı millət vəkilliyini insanlara və Vətənə xidmət vasitəsi kimi görürdü.

“İnsanlar səndən, gördüyün işlərdən və qoyduğun irsdən danışanda qürur duyuram. Amma sonra içimdəki bacı yalnız bunu deyir: ‘Mən bacımı özləmişəm’. Millət vəkili Qənirə Paşayevanı deyil, mən öz bacımı özləmişəm”, – deyə o yazıb.

Kəmalə Paşayeva bacısının inandığı dəyərləri yaşatmağa çalışacağını bildirib: “Sən getdin, amma izin qaldı. Mənim qəlbimdə isə hər şeydən əvvəl bacım qaldı”.

Qeyd edək ki, bu gün mərhum deputat Qənirə Paşayevanın vəfatından 3 il keçir. O, 28 sentyabr 2023-cü ildə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?