18 Avqust 2018, 10:52 | Ana Səhifə - Yazılar - Qələbə adətkarlığı
Qələbə adətkarlığı

Hidayət Elvüsal

 

Hər bir hadisənin, faktın, sözün, hərəkətin bu məsələyə dəxli var. Bir zamanlar işğala, zülmə məruz qalan Azərbaycan indi fasiləsiz qələbələr ölkəsinə çevrilməkdədir. Ən adi misal olaraq Bakı-Ceyhan boru xəttini göstərə bilərik. Hətta ən tanınmış adamlar belə bu proyektin baş tutmayacağını iddia edirdilər. İş o yerə çatmışdı ki, yüksək neft ixracatı ilə öyünən Səudiyyə Ərəbistanı bu böyük iqtisadi sıçrayışa qarşı çıxırdı. Amma Azərbaycan siyasəti bütün belə maneələri alt-üst elədi. Ölkə dünyada söz sahibinə çevrildi. Bu böyük bir qələbə idi və bu gün də, sabah da onunla fəxr etməyə dəyər.

Dedik axı, hətta ən adi hadisənin qələbəyə dəxli var. İdmançılarımızın dalbadal qazandıqları orden, medallar bayrağımızı göylərə yüksəldir. “Qarabağ”ın əldə etdiyi uğurlar və başqa idman növlərinin inkişafı əslində qələbə adətkarlığına bəxş edilən töhfələrdir.

 

Avrovizion mahnı yarışmasında ilk uğurlu çıxış özündən sonra fantastik qələbələrə zəmin yaratdı. Nəhayət, Azərbaycan dünyada 1-ci yerə sahib oldu və dünyanı Bakıya dəvət etdi. Yenə bayquş düşmən maşını işə düşdü. Bir sıra ölkələrin, hətta Avropanın öndə gedənləri bu hadisənin qarşısını almaq üçün qara kompaniyaya başladılar. Olmadı. Yenə qələbə qazandıq. Dünyanın nəzəri Azərbaycana, onun möhtəşəm paytaxtına, fantastik yarış təşkilinə çevrildi, heyranlıq və heyrət içində qaldı.

Yeni, abad yollar çəkildi. Bir zamanların çala-çuxurları güzgü kimi sığallandı. Ölkə rahat gediş-gəliş vasitəsinə qovuşdu. Dəmir yolları dəmir kəmər kimi dünyanın belinə dolandı. Qələbə qələbə dalınca gəldi.

 

2 Aprel döyüşləri. Mənfur düşmən sarsıdıcı zərbə aldı. Kimlərinsə hesabına ələ keçirdikləri çox mühüm mövqeləri itirdikdə anladılar ki, həyatda təkbətək, üzbəüz qalmaq da var. Və əgər belə olarsa Azərbaycan əsgəri onları bir yumruqla əzər. Aprel qələbəsi erməni işğalçılarına bir dərs oldu. Onlar Qələbənin Azərbaycan tərəfində olduğunu etiraf etdilər. Anladılar və gördülər ki, Azərbaycan Ordusu gec-tez nəinki Qarabağda, hətta Zəngəzurda, Göyçədə, hələ başqa-başqa qədim torpaqlarında da hakim olacaq.

 

Naxçıvandakı Qələbə isə bütün bu deyilənləri əyani sübut və ardıcıl, adəti bir gələcək olduğunun səsi-ünü oldu.

Və beləliklə Azərbaycanda Qələbə Adətkarlığı gözgörəsi artmaqdadır. Bunlan sonra geriyə yol yoxdur. İşğalçılar Azərbaycanın güzəştlərini qiymətləndirə bilsələr, bir vaxtlar verdiyimiz sığınacaqlarda sakitcə yaşaya bilərlər. Başqa cür olsa…

 

Qələbə bayrağımız başları üstündə dalğalanacaq!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Prezident “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu 10 May 2021, 11:20 İlham Əliyev Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib 10 May 2021, 11:14 Prezident hərbi aerodromun AÇILIŞINDA 10 May 2021, 11:07 Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Azərbaycan qadını həyatının çox böyük bir hissəsini susur -  SABİQ DEPUTATLA MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52 Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq 10 May 2021, 08:44 Bakıda “Mercedes” YANDI 10 May 2021, 08:37 Lavrov bu gün Azərbaycana gəlir 10 May 2021, 01:19 "Sevilya"nın oyunçusu "Real"ı uduzmaqdan xilas etdi 10 May 2021, 01:11 "Yuventus" evdə darmadağın oldu 10 May 2021, 01:00 Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək 10 May 2021, 00:55 Polislər ağac əkdilər - FOTO 10 May 2021, 00:46 Nigeriyada gəmi çevrildi - onlarla insan öldü 10 May 2021, 00:31 Bakıda maşın 4 piyadanı vurdu - ölən və yaralananlar var 10 May 2021, 00:23