03Oktyabr | Ana Səhifə - Yazılar - “Oğraş”
“Oğraş”

Mahir Qabiloğlu


Gecə saat 12-dir. Öz otağımdayam. Damağımda siqaret, tüstülədə-tüstülədə, notbuku dizimin üstünə qoyub qızlarla məktublaşıram. Söhbətin pik nöqtəsində anam qapını açır:

–      A bala, atan işdən gəlib. İndi baxıram ki, çörək yoxdur. Uşaqlar yeyib hamısını. Qıymıram atana deməyə. Bir sutkadır ki, mədəndə növbədədir. İt yorğunudur.  Bacılarını isə gecə yarısı eşiyə buraxa bilmərəm.Get məhlə dükanından bir dənə çörək al gəl.

–      Ay ana, 1-ə işləyib e... Bir təhər keçinsin, səhər alaram da... Ya da vermişeldən, makarondan dəmlə, çörəyi əvəz etsin.

–      Ay bala, gül kimi parça-bozbaş bişirmişəm. Heç makaronun, vermişelin yeridir?

–      Ay ana, ətindən seç, qara kimi qoy vermişelin üstünə. Qoca kişidir də... Yeyəcək.

Anam heç nə demir. Ah çəkib qapını örtür.

 *** 

Ertəsi  gün. Yenə otağımdayam. Gecə 1-in yarısıdır. Feysbukda qızları bişirirəm. Siqaretin dəmi gəlir. Əlimi siqaret qutusuna atıram. Boşdur. Durub əynimi geyinirəm. Qapıdan çıxanda atam səsə  gəlir:

–      A bala, gecənin bu vaxtında hara gedirsən?

–      Ata, siqaretim qurtarıb. Dükana dəyib gəlirəm.

Atam dinmir. Dəmir qapını arxamca bağlayır. Qapının arxasından isə aydınca eşidirəm: “OĞRAŞ!”

 

2018

MÜƏLLİFİN DİGƏR YAZILARI
Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 DİN-dən həbs edilən polkovniklə bağlı AÇIQLAMA 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14