Modern.az

Sabah 33 dərəcə isti olacaq 

Sabah 33 dərəcə isti olacaq 

Aktual

Bu gün, 13:07

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.

Modern.az-a verilən məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Əsasən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada panika! Ukrayna dağıdır - Moskvaya ard-arda hücumlar