Modern.az

“Sea Breeze” beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib - Emin Ağalarov

“Sea Breeze” beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib - Emin Ağalarov

İqtisadiyyat

Bu gün, 12:18

Azərbaycan development sahəsinə, o cümlədən turizm infrastrukturu və kurort istiqamətlərinin inkişafına investisiyalar üçün böyük potensiala malikdir.

Modern.az xəbər verir ki, bu barədə “Sea Breeze” kurortunun təsisçisi və sahibi Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə bildirib.

Emin Ağalarov qeyd edib ki, bu ərəfədə forumda iştirak edən iri investisiya fondlarının nümayəndələri üçün “Sea Breeze”də tədbir təşkil olunmuşdu və orada layihənin investisiya imkanları barədə danışmışdı: “Bu gün burada gördüyümüz bəzi qonaqlar, iri fondların nümayəndələri üçün “Sea Breeze”də böyük tədbir, şam yeməyi təşkil etdik və orada layihənin investisiya imkanlarını daha ətraflı təqdim etmək imkanım oldu. Bu əlaqələri bu il və gələn il ərzində inkişaf etdirməyə davam edəcəyik. İnanıram ki, uğur qazanacağıq”.

Onun sözlərinə görə, “Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib, çünki bu, müəyyən təcrübəyə və inkişaf tarixinə malik layihədir.

“Beynəlxalq şirkətlər azı 20 ildir mövcud olan və son beş ildə çox böyük nəticələr göstərən bir layihəyə qoşula bilər”, - deyə o qeyd edib.

E.Ağalarov, həmçinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində investisiya perspektivlərini yüksək qiymətləndirib. O vurğulayıb ki, Azərbaycan yeni beynəlxalq kurort və əyləncə mərkəzi yaratmağa, Las-Veqas, Dubay və Mayami kimi məşhur turizm və əyləncə məkanına çevrilməyə qadirdir.

Sizə yeni x var
Keçid et
Rusiyada panika! Ukrayna dağıdır - Moskvaya ard-arda hücumlar