Modern.az

Deputat Ağalar Vəliyev  şəhid ailələri ilə görüşdü, ehsan mərasimi təşkil olundu

Deputat Ağalar Vəliyev  şəhid ailələri ilə görüşdü, ehsan mərasimi təşkil olundu

Ölkə

Bu gün, 12:18

57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə 550 nəfərlik ehsan mərasimi təşkil olunub.

Ehsan mərasimindən əvvəl Milli Məclisin deputatı Ağalar Vəliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev  2016 -cı ildə Aprel döyüşlərində şəhid olmuş 3, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəmancasına canından keçmiş 21 və antiterror əməliyyatında şəhidlik zirvəsinə yüksəlmiş 4 xaçmazlı hərbçinin ailələri  ilə görüşüblər.

Səmimi və həssas atmosferdə keçən görüş zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu ehtiramla yad olunub, şəhid ailələrinin məişət qayğıları və problemləri dinlənilib. Görüş çərçivəsində Ağalar Vəliyev tərəfindən 28 şəhid ailəsinə maliyyə yardımı təqdim edilib.

Daha sonra Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, din xadimlərinin, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının iştirakı ilə 550 nəfərlik ehsan süfrəsi açılıb. Mərasimdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, əziz ruhlarına dualar oxunub.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Azərbaycan bu gün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbənin yaratdığı yeni reallıqlar fonunda öz inkişafının ən qüdrətli mərhələsini yaşayır. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, 2023-cü ildə bir günlük antiterror əməliyyatının uğurla başa çatması nəticəsində ölkəmizin dövlət suverenliyinin bütün ərazilərində tam bərpa olunması, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas amillər kimi dəyərləndirilib.

Tədbirdə vurğulanıb ki, ölkəmizdə şəhid ailələrinin, qazilərin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman  dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu kateqoriyadan olan vətəndaşlar dövlət başçısının xüsusi diqqət və qayğısı ilə əhatə edilir, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ehsan mərasimində qeyd olunub ki, Ağalar Vəliyev Milli Məclisin deputatı kimi təmsil etdiyi 57 saylı Seçki Dairəsində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qazilərə və müharibə iştirakçılarına daim həssas münasibət göstərir, onların problemlərinin həlli istiqamətində maddi və mənəvi dəstəyini əsirgəmir.

Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri kimi, avqust ayında millət vəkilinin təşkilatçılığı ilə şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, eləcə də rayonun ağsaqqal və ziyalılarının təmsil olunduğu 62 nəfər xaçmazlının iştirakı ilə Şuşa–Xankəndi–Laçın turu təşkil edilib. Səfər iştirakçıları iki gün ərzində Ağdam, Xocalı, Əsgəran, Şuşa, Xankəndi və Laçında olub, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

Tədbirin sonunda iştirakçılar şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsinin hər zaman uca tutulacağını bildiriblər.

1551094

1551093

1551092

155109115510901551089

1551088

155108715510861551085

1551084

1551083

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada panika! Ukrayna dağıdır - Moskvaya ard-arda hücumlar