Modern.az

Güləşçimiz dünya çempionu oldu

Güləşçimiz dünya çempionu oldu

24 Sentyabr 2009, 10:40

Azərbaycanın güləş üzrə yığma komandası Danimarkada keçirilən dünya çempionatının üçüncü günü bir qızıl və bir gümüş medal qazanıb.Yığmamızın heyətində ən yüksək nəticəni qadın güləşçilər arasında mübarizə aparan Mariya Stadnik (48 kq) göstərib. M.Stadnik ardıcıl olaraq Tatyana Xurnoviç (Belarus), Sara Sançez (İspaniya) və Lyudmila Baluşkaya (Ukrayna) qalib gələrək, yarımfinalda doğma baldızı, Böyük Britaniya təmsilçisi Yana Stadniklə qarşılaşıb. Azərbaycan güləşçisi bu görüşü də qələbə ilə başa vuraraq finalda rusiyalı Larisa Qorjak ilə üz-üzə gəlib. Həlledici görüşdə Mariya Stadnik rəqibinin kürəyini yerə vuraraq dünya çempionu tituluna sahib çıxmış, Azərbaycan yığmasına ilk qızıl medal qazandırıb.
Sərbəst güləş üzrə yığma komandamızın üzvü Çamsulvara Çamsulvarayev (74 kq) isə gümüş medala sahib olub.
Azərbaycan pəhləvanı ilk görüşündə slovakiyalı Yakob Kaçenak, daha sonra isə Yunanıstan təmsilçisi Apostolos Taskudis, Moldova güləşçisi Aleksandr Burçan və hindistanlı Rameş Kumarı məğlub edərək finala çıxıb. Qızıl medal uğrunda yarışda isə Rusiya idmançısı Denis Tsarquşa uduzaraq ikinci yerlə kifayətlənib.
Xatırladaq ki, yarışların ilk iki günündə Azərbaycan idmançıları Xetaq Qazyumov (96 kq) və Zəlimxan Hüseynov (60 kq) gümüş, Şərif Şərifov (84 kq) isə bürünc medala sahib olub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...