Modern.az

Hörmüz bir həftəyə açıla bilər 

Hörmüz bir həftəyə açıla bilər 

Dünya

23 Sentyabr 2026, 02:32

ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırarsa, İran Hörmüz boğazını bir həftə ərzində aça bilər.

Modern.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

“ABŞ hərbi təzyiqi azaldıb İran limanlarına tətbiq olunan blokadanı aradan qaldıracağı təqdirdə, İran Hörmüz boğazını yeddi gün ərzində aça bilər”, - məlumatda deyilir.

İranlı mənbə bildirib ki, ABŞ məsələni diplomatik yolla həll etmək niyyətini bəyan etməlidir – bunun üçün rəsmi bəyanat tələb olunur. Bundan sonra İran tərəfi prosesin vaxt qrafikini ABŞ ilə razılaşdıracaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?