Modern.az

Paşinyan Türkmənistana gedəcək

Paşinyan Türkmənistana gedəcək

Dünya

Bu gün, 09:07

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın perspektivdə Türkmənistana işgüzar səfər edəcəyi açıqlanıb. Səfərin iki ölkə arasında siyasi dialoqun və praktiki əməkdaşlığın inkişafına imkan yaradacağı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə “Turkmenportal” Ermənistanın Türkmənistandakı səfiri Arsen Avakyana istinadən məlumat yayıb.

Avakyan Aşqabadda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçirilən qəbul zamanı deyib ki, Paşinyanın səfəri iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi və praktiki əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradacaq.

Bundan başqa, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Ermənistana cavab səfərinin də gözlənildiyi bildirilib.

Səfərin 2026-cı ildə Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflərinin 17-ci Konfransı – COP17 ilə əlaqələndiriləcəyi qeyd olunub.

Sizə yeni x var
Keçid et
Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar