Modern.az

Rusiyaya qarşı sanksiyalar 3 il uzadıldı

Rusiyaya qarşı sanksiyalar 3 il uzadıldı

Dünya

23 Sentyabr 2026, 03:17

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 3 min fiziki və hüquqi şəxsi əhatə edən sanksiyaların müddətini daha üç il uzatmaq barədə razılığa gəlib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" avropalı diplomatlara istinadən məlumat yayıb.

Qeyd olunur ki, sanksiyaların üç il müddətinə uzadılması müqabilində rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridman sanksiya siyahısından çıxarılıb. Latviya son ana qədər bu qərarın əleyhinə çıxış edib.

Agentlik xatırladır ki, sanksiyaların uzadılması üçün Aİ-yə üzv ölkələrin yekdil dəstəyi tələb olunur.

Qeyd edək ki, sanksiyalar daha əvvəl hər altı aydan bir uzadılırdı.

Sizə yeni x var
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?