4 İyul 2016, 15:34 | Ana Səhifə - Yazılar - Padşah olmaq istəmədim
Padşah olmaq istəmədim

Hidayət ELVÜSAL


O gün bildin də, gəlib məni apardılar o biri planetə. Çatan kimi gördüm ki, vay dədə… inoplanetianlar o qədər gözləyiblər ki, gözlərinin altı sapsarıdı. Uçan boşqabdan düşəndə çığırışdılar: «Yaşasın padşahımız!»

Geri qanrılıb bulvarda tanış olduğum Ulduzxandan soruşdum:

- Mister Ulduzxan, bunlar nə istəyirlər?

- Əzizim, bunlar istəyirlər ki, sən bizim planetin padşahı olasan. Bütün Yer kürəsi xalqlarının nağıllarını oxuduq, kinofilmlərinə baxdıq və anladıq ki, sizin padşahlar ya zalım olublar, ya adil. Amma elələri var ki, onların liboy padşahı duraçok olub. Biz də dostluğumuzu nəzərə alıb sənin namizədliyini irəli sürmüşük.

- Ə, Ulduzxan, əmioğlu, mən hara, padşahlıq hara? Mən mirzə adamam. Heç şöbədə iki müxbirin öhdəsindən gələ bilmirəm. Bu boyda planetdə padşahlıq eləmək mənim işim deyil.

- Yox, yox, bizim planetin qanunları, qərarları sizinkilər kimi deyil, gündə bir cür düzəldəsən. Biz dediyimizin üstündə duran canlılarıq. Öz adamlarımızı əzizləyib, o biriləri gözümçıxdıya salmırıq. Hər şey yerindədir. Bircə padşah stajı boşdur, o da sənin.

Ürəyim yumşaldı. Amma təzəcə üz-gözümə zəhmli ifadə verib camaata yaxınlaşırdım ki, xalam çıxdı qarşıma:

- Uuuyy, xalan sənə qurban, bacıoğlu! Başın haqqı padşahlıq sənin boyuna biçilib.

- Xalaa? Sən nəynən gəlmisən?

- Fışfışaynan, qadan alım. Uşaqları da gətirmişəm. Heçcə nə istəmirəm. Hərəsini bir irayona icra başçısı qoy,  bəsimizdi.

- Bu planetdə icra başçısı, filan yoxdu.

- Yoxdu, düzəlt! Bə nəyə gəlmisən? Başçısız, prokurorsuz, rəissiz ölkə olar?

Kimsə əlini atıb, boynumu qucaqladı. Qanrılanda gördüm bibimdi:

- Yenə ana tərəfə əyilmisən? Sənin əmin, bibin yoxdu?

Cavab vermək istəyirdim ki, dost-tanış üstümə atıldı:

- Can, qardaş, allahın bu gününə şükür! Fani dünyada bir iş görə bilmədin, bu əbədi dünyada  padşah oldun. Hərif olma, yan-yörənə öz adamlarını yığ. Biz ölməmişik ha.

- Ulduzxan, bunlar nəynən gəliblər?

- Baqajda idilər. Dedilər razı olmasan, səni yola gətirəcəklər.

- Adə, ay Ulduzxan, özünüzə yazığınız gəlmir? Öz bəndənizi padşah eləyin. Vallahi məni taxta çıxardan kimi özüm də, qohum-əqrəbam da  sizə qan udduracağıq. Ciyərinizi çıxardacağıq. Sizi yerə uzadıb, qarnınızın üstünə çıxacağıq. Xalam, bibim, əmim, dayım, kirvəm, qonşum, dostum, tanışım, yerlilərim sizi soyub talayacaq. Ə, siz nə təhər canlılarsız? Ə, bu uçan boşqabı-zadı bu ağılnan duzəltmisiz?

İnoplanetianlar yenə çığırışdılar:

- Yaşasın padşahımız!

Bibim gücü gəldikcə:

- Qohumlar arasında ayrıseçkiliyə son qoyulsun!

Əmim dedi:

- Oğul sir-sifətdən, xasiyyətdən dayısına oxşasa da əmisinin ona kəsdiyi quzu ayrı şeydi!

Nəfəsim darıxdı. İnoplanetianlara yazığım gəldi:

- Ulduzxan, gəl  qayıdaq Yerə.  Yaşayış yerindən arayış almaq yadımdan çıxıb.

- Gətirmişəm! – deyə xalam arayışı göstərdi. – Ailə tərkibi haqda da var. Bu da sağlamlıq haqqında arayış. Hərəsinə əlli manat vermişəm.

- Ulduzxan, əmioğlu, niyə özün padşah olub, bu binəva canlılarınıza yiyə durmursan?

Dinmədi. Bir də soruşdum. Yenə dinmədi. Bir də…

- Əzizim, bilirsiniz, bizim planetin başbilənləri eksperiment keçirirlər. Deyirlər görəsən Yerlə yaşayanlar bu planetdə padşah olsalar…

- Ə, a bədbəxt, - deyə qışqırdım. – Ə, yüz illərdi ki, Yerdə eksperiment keçiririk, dilənçi kökünə düşmüşük. Qırılanımız qırılıb, sağ qalanlarımız xəstədi. Ə, top kimi canlılarsız, Yer padşahını neynirsiz? Gündə bir qan salıb, iclas çağırıb zəhlənizi tökəcək. Ulduzxan, məni Yerə apar.. Vallah, padşah olsam boynunu vurduracam!

Söz ağzımdan qurtaran kimi xalamnan, bibim  saçyolmasına qalxdılar. Əmim kəllə vurub dayımın dişini saldı. Dostlarım bıçaq çıxardıb bir-birini qana boyadılar. O dedi sən qoymadın, bu dedi sən. İnoplanetianlar  vahimə içində  qaçıb dağılışır, bir-birini ayaqlayıb keçirdilər. Planetdə bir vaynövsə var idi ki, adamın başının tükü biz-biz dururdu.

Qayıtdıq, yenə Yer kürəsi, ana Vətən, qüdrətli ölkəmizə. Qohum-qardaş da qayıtdılar evlərinə. Dostlar salam-kəlamı kəsdilər, məni rahat buraxdılar. Heyif deyil mirzəlik? İndi yenə oturub özümçün, bala-bala «Belə-belə işlər» yazıram. Özümüzdən çox başqa planetdə yaşayanlara yazığım gəlir.

Hamısı gicdi…

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a toplanan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN-in əməkdaşları yanğınlarla mübarizəni davam etdirir - VİDEO+FOTO   2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56 Dolların məzənnəsi sabit qaldı 2 Avqust 2021, 17:50 Qazi döyülüb? - DİN məsələyə aydınlıq gətirdi 2 Avqust 2021, 17:44 “Döyüş əmrini gözləyirdik, tər tökərək o günə hazırlaşırdıq...” 2 Avqust 2021, 17:38 Ceyhun Bayramov BMT nümayəndəsilə görüşdü 2 Avqust 2021, 17:33 Eldəniz Səlimov YAP-dan ÇIXARILDI 2 Avqust 2021, 17:27 Erməni hərbçinin ölüm səbəbi hər kəsi təəccübləndirdi 2 Avqust 2021, 17:22 “Atəşin uşaqları”: Türkiyədəki yanğınlarda erməni izi - FAKTLAR (VİDEO) 2 Avqust 2021, 17:16 DİN-dən polisi döyən deputatla bağlı yeni AÇIQLAMA 2 Avqust 2021, 17:12  “Azərbaycanın konstitusion quruluşu möhkəmdir”   2 Avqust 2021, 17:06 Məşhur restoran sahibləri cərimələndi - SİYAHI 2 Avqust 2021, 17:00 Baş nazir dövlət qurumlarının rəhbərlərinə göstəriş verdi 2 Avqust 2021, 16:55 ATV-də yeni təyinat 2 Avqust 2021, 16:51 Polisi döyən deputat peşmandır - Rəsmi məlumat 2 Avqust 2021, 16:46 Ötən ay aşkarlanan minaların sayı açıqlandı 2 Avqust 2021, 16:40 Qarabağda daha 4 erməni hərbçinin qalıqları TAPILDI 2 Avqust 2021, 16:35