13 Dekabr 2018, 09:36 | Ana Səhifə - Yazılar - Sünnət toyları...
Sünnət toyları...

Firuz Mustafa

Bilmirəm yerinə düşən mövzudur, ya yox? 
Demək olar ki, indiyəcən sünnət toylarında iştirak etməmişəm. (1-2 dəfə istisna olunmaqla, bunun da əsaslı səbəbi olub). Bundan sonra da belə bir fikrim yoxdur. İnana bilərsiz, özümün, bacı-qardaşlarımın, ən yaxın-doğma adamların övladlarının, hətta öz övladımın da “kiçik toyunda” olmamışam. 

Yox, sünnətin əleyhinə deyiləm. Sadəcə olaraq, onlarla-yüzlərlə adamı iş-gücdən edib təntənəli məclis keçirməyin mənasını anlamaqda çətinlik çəkirəm.

Sünnət toyunda iştirak etmədiyim üçün çox dost-tanışlar məndən incik düşüb. Mən onların bu hərəkətini, yumşaq desəm, yüngüllük hesab edirəm.

Bir müddət əvvəl bir tanışım məni görüb ürəkdən təəssüfləndi:

- Müəllim, bu günlərdə sizi uşağın kiçik toyuna çağırmaq istəyirdim. Telefonunuzu tapa bilmədim. Heç bilirsiz hansı müğənniləri dəvət etmişdim?..

Özümü zorla ələ alıb dedim:

-Yaxşı ki, dəvət etməmisiz. Mən sünnət toylarına getmirəm. İnşallah, gələcəkdə uğaşının böyük toyunda iştirak edərəm.

Deyəsən, adam incidi...

Görəsən, kim haqlıdır?

Doğrudanmı bu vur-çatlasına, dəm-dəstgaha, nəriltiyə-gurultuya belə ehtiyac var?

Sünnət edirsən et. Dediyim kimi, heç kəs bunun əleyhinə ola bilməz. Beş-on dost-tanışını da başına toplayıb hadisəni “qeyd et”. Ta bu qədər adamı iş-gücdən etməyə nə hacət?

Övladın sünnətindən çox, başına, idraklına, intellektinə maya qoymaq daha sərfəli deyilmi?

Deyir: “uşağı müsəlman etmək istəyirəm”... Azdan-çoxdan nə edirsən et, amma daha çox adam etməyə çalış...

Sözardı. Mətbuatda yazılanlara inansaq, öz itlərinə “böyük”, hətta “kiçik toy” edən qudurğanlar da peyda olub.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16 Neftin qiyməti 50 dollara yaxınlaşır 4 Dekabr 2020, 09:10 Türkiyə səfirliyindən şəhidlərlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 09:05 Daha bir deputat mandatından imtina edir - Paşinyana görə 4 Dekabr 2020, 08:59 Trampı inaqurasiyamda gözləyirəm - Bayden 4 Dekabr 2020, 08:53 İnsanlar koronavirusa ən çox burda yoluxur - ALİMLƏR 4 Dekabr 2020, 08:45 Ad günündə torpağa tapşırılan Şəhid... - VİDEO 4 Dekabr 2020, 08:14 Lavrov BMT-nin baş katibi ilə Qarabağı müzakirə etdi 4 Dekabr 2020, 08:00 Qarabağ qazisinin bu VİDEOSU ən çox paylaşılan oldu 4 Dekabr 2020, 01:00 İngiltərədə güclü partlayış 4 Dekabr 2020, 00:48
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?