Modern.az

Mollalara nə vaxtdan maaş veriləcək?

Mollalara nə vaxtdan maaş veriləcək?

31 Avqust 2009, 12:45

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bir müddət öncə keçirilən 12-ci qurultayında Qubanın axundu Hacı Mirələsgər təklif etmişdi ki, axundlara da dövlət tərəfindən maaş verilməlidir. Elə həmin qurultayda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Allahşükür Paşazadənin təşəbbüsü ilə dövlətin bu məsələnin həlli üçün lazımı işlər görəcəyini vəd edib. QMİ sədrinin təşəbbüsü nə vaxt reallaşacaq?

Modern.az məsələ ilə əlaqədar QMİ-nin mətbuat xidmətinə müraciət edib. İdarənin mətbuat xıdmətindən Rəhimə Dadaşova saytımıza bildirib ki, son qurultayda mollalara məvacib verilməsi ilə bağlı səsləndirilən təkliflər din xadimlərinin arzusudur. Onun sözlərinə görə, din xadimləri bu təkliflərini maddi təminatlarının yaxşılaşdırılması baxımından səsləndiriblər: «Din xadimləri də cəmiyyətin üzvləridir və onların da arzuları, fikirləri, təklifləri var. Bu baxımdan qurultay onlar üçün bir məkan idi ki, öz istəklərini bildirsinlər. Mollalara maaş verilməsi ilə bağlı səsləndirilən fikir hələlik təklif səviyyəsində qalır və bununla bağlı hər hansı bir yeniliyin olacağını indidən deyə bilmərik».          

R.Dadaşova onu da əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən mütəmadi olaraq mollaların attestasiyası keçirilir. Onun sözlərinə görə, mollaların attestasiyası onların dini biliklərinin hansı səviyyədə olmasını yoxlamaq məqsədilə həyata keçirilir. R.Dadaşova QMİ-nin attestasiyadan keçən mollalara üstünlük verdiyini xüsusi vurğulayıb: «Bu işin əsas məqsədi onların vəzifələrə layiq olub-olmadıqlarını müəyyənləşdirməkdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi