11 Yanvar 2019, 15:18 | Ana Səhifə - Yazılar - Arzusuz uşaqlar...
Arzusuz uşaqlar...

Firuz Mustafa

Uşaq ağlayıb atasından oyuncaq maşın istəyir. Ata uşağın əlindən tutub öz şəxsi maşın salonundakı avtoları göstərib deyir ki, bu maşınların hamısı sənindir.
Uşaq oyuncaq qayıq istəyir. Ata bağ evinin qarşısındakı bütün ərazini hasara alıb-dənizin bir hissəsi də həmin hasarın içindədir. O “dənizdə” bir neçə qayıq, yaxta, hətta gəmi var. İmkanlı ata deyir ki, bax bu gəmi də, bu qayıqlar da, bu yaxta da sənindir.

Uşaq təyyarəyə minmək istəyir. Ata deyir ki, bax o təyyarə pilot qarışıq sənindir.

Uşaq kinoya baxmaq istəyir. İmkanlı ata məşhur kino və teatr aktyorlarını yığıb oğluna təqdim edir. Deyir ki, bu aktyorlar sənin qulluğunda hazırdır.

Uşaq zooparka getmək istəyir. Ata uşağa öz şəxsi heyvanxanasını göstərib deyir ki, bu heyvanların hamısı sənindir...

Xülasə, uşaq nə arzulayırsa, ata onun arzularını virtual yox, vizual qaydada yerinə yetirir.

Uşağın bu dünyada heç bir arzusu qalmır.

Uşaq heç nə istəmir.

Əslində uşağın bütün arzuları ata tərəfindən məhv edilir.

Arzusuz uşaq böyüyür.

Bundan böyük nə faciə?

Amma bu uşağın yaşıdı olan başqa bir uşaqsa başqa bir ailədə böyüyür. Həmin uşaq da atasından xahiş edir ki, ona oyuncaq maşın, oyuncaq qayıq alsın, onu kinoya, zooparka aparsın. Bu pulsuz, kasıb ata övladın arzusunu yerinə yetirə bilmir. 

Bundan böyük nə faciə ola bilər?

P.S. Mən vaxtilə bir hekayə yazmışdım. Adı da elə bu cür idi: “Arzusuz uşaqlar”. Həmin hekayə kompüterim “yanarkən” sıradan çıxdı. Amma məzmunu indi yazdığım kimi idi.
Doğrudan da indi bizdə arzusu məhv edilən uşaqların sayı –hesabı yoxdur. Özü də hərəsi bir cür.
Hekayənin qəhrəmanı olan hər iki uşağın valideyni oyuncaq almır. Daha doğrusu, birinin bunu almağa imkanı yoxdur, digərininsə həvəsi. 
Sonucda hər iki uşaq arzusuz böyüyür... Biri elə, biri də belə arzusuz...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Vasitəçiyə inam yoxdursa, demək...” - Əli Əhmədov 26 Noyabr 2020, 14:25 Ermənistan parlamenti hərbi vəziyyətlə bağlı QƏRAR VERDİ 26 Noyabr 2020, 14:20 Fransa Azərbaycanın etimadına layiq deyil - Natali Qule 26 Noyabr 2020, 14:15 Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq - ÖZƏL 26 Noyabr 2020, 14:10 Prezidentin xalqa müraciəti xarici mətbuatda 26 Noyabr 2020, 14:05 Deputatdan maraqlı təklif - ““Qəhrəmanlar parkı” yaradaq” 26 Noyabr 2020, 14:00 Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ  26 Noyabr 2020, 13:55 Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?