13 mart 2019, 11:34 | Ana Səhifə - Yazılar - Vətəndaşın qarşısına çıxacaq yeni format
Vətəndaşın qarşısına çıxacaq yeni format

Elman Babayev


Bu format İlham Əliyevin xalqa yaxın olmaq, onun içərisinə getmək, onu dinləmək siyasətinin tərkib hissəsidir



Azərbaycan hakimiyyəti vətəndaşların qəbul prosesində daha bir yeniliyə imza atır. Belə ki, bundan sonra Prezident Administrasiyasının məsul işçiləri respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulunu keçirəcək. Bu ayın 14 və 15 tarixlərində ümumilikdə 22 rayonda belə qəbulların təşkili  ilə prosesə start veriləcək.

 

İnsanlarla birbaşa işləyəcək bu  format forma etibarilə nazir qəbulları formatına yaxın olsa da, məzmunca fərqliliklər istisna deyil. Burada müəyyən mənada bölgə insanının qayğılarını ölkənin birinci şəxsinə, yaxud adminstrasiya rəhbərliyinə dərhal məruzə proseduru formalaşır. 

Ümumiyyətlə isə, qəbullara əlavə dövlət vəzifəlilərinin qoşulması o deməkdir ki,   hökumət üzvlərinin keçirdikləri görüşlər kifayət etmir və vətəndaşla yaxın olmaq, obyektiv araşdırmalar, təhlillər  aparmaq, dəqiq məruzələr, çıxış yolları  hazırlamaq, beləliklə, məsuliyyət hissini daha da gücləndirmək tələbi artır.        

Məsələyə belə qəbullar vətəndaşa nə verəcək-prizmasından yanaşsaq, ilk olaraq o vurğulanmalıdır ki, qaldırılan problemlər daha çevik formada öz həllini tapacaq. Vətəndaş öz dərdini prezident İlham Əliyevin tapşırığı ilə bölgəyə gələn ən mötəbər qurumun əməkdaşlarına çatdıra biləcək. Arada hər hansı bir sədd olmayacaq. Qaldırılan məsələlər yerində həllini tapacaq,  maliyyə tutumlu və ya müzakirəsi vacib olan məsələlər (məsələn, məktəb, xəstəxana tikintisi, yol çəkilişi və s.) dərhal ölkənin birinci şəxsinə məruzə ediləcək.

İkincisi, hansısa məmurun qəbulunda problemini həll edə bilməyən vətəndaşın növbəti instansiya kimi Prezident Administrasiyasına üz tutmasına, bunun üçün paytaxt Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Və ya məktub yazaraq, ona cavab gözləməli olmayacaq.

Üçüncüsü, bir sıra hallarda bəzi vətəndaşların göndərdikləri məktubların ünvanına çatmaması kimi iddiaları ortaya qoyulurdu. Bunun əksi bildirildikdə isə müəyyən anlaşılmazlıq yaranırdı. Artıq bu qəbildən olan söz-söhbətlər də azalacaq.

Qeyd edək ki, vətəndaşların bölgələrdə qəbulu prosesi, illərdir prezident İlham Əliyevin göstərişi ilə hökumət üzvlərinin simasında gerçəkləşməkdədir. Hər ay nazirlər, komitə sədrləri mətbuatda çap olunmuş qrafikə uyğun olaraq bölgələrdə vətəndaşları qəbul edirlər. Bu qəbullar zamanı əhalinin çoxsaylı problemlərinin öz həllini tapmasını heç kəs inkar edə bilməz. Amma həmin qəbullarla bağlı əsaslı-əsassız müəyyən narazılıqlar da səslənirdi. Yəni, söhbət bəzi hallarda hansısa vətəndaşın qəbula düşə bilməməsi kimi iddialardan gedir. Düşünmək olar ki, bu qəbullarla bağlı məsuliyyət hissi bir qədər də artmış olacaq.  

Belə görünür ki, Prezident Adminstrasiyasının məsul şəxsləri səviyyəsində vətəndaşlarla görüş formatı nazir qəbulları formatını gündəmdən çıxarmayacaq, əksinə, hakimiyyət ona çalışır ki, vətəndaşların problemi ilə daha geniş spektr məşğul olsun və problemlərə yanaşmada rəqabətli bir münasibət formalaşsın. İdeyanın maraqlı cəhəti də burasındadır. Çünki belə rəqabət xeyirli rəqabət olur və ümumi işə fayda gətirir. Əslində hakimiyyətə də bu lazımdır ki, kimsə öz işini görüntü xarakterli yerinə yetirməsin, üzərində bir nəzarət hiss etsin, alternativlik daha yaxşı iş prinsipi yaratsın. Problemlər dəqiq araşdırılsın və PA-nın məsul şəxsləri ən etibarlı mənbə rolunu uğurla icra edə bilsin. Bu baxımdan qeyd edilən formatların paralel çalışması yalnız və yalnız vətəndaşın xeyrinə işləyəcək.

Bu ideya İlham Əliyevin xalqa daha yaxın olmaq, onun içərisinə getmək, onu dinləmək, ona mənəvi dəstək vermək  siyasətinin tərkib hissəsidir və vətəndaşla məmur arasındakı səddi aradan götürməyə xidmət edir; o cümlədən ölkə insanının dövlətinə inamını gücləndirir.

Vətəndaşların qarşısına çıxacaq yeni formatın necə işləyəcəyi bu inam məsələsində həlledici sözünü deyəcək!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi 10 May 2021, 11:40 Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı oldu 10 May 2021, 11:33 “Azərxalça”nın Naxçıvan filialının açılışı oldu 10 May 2021, 11:27 Prezident “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu 10 May 2021, 11:20 İlham Əliyev Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib 10 May 2021, 11:14 Prezident hərbi aerodromun AÇILIŞINDA 10 May 2021, 11:07 Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Azərbaycan qadını həyatının çox böyük bir hissəsini susur -  SABİQ DEPUTATLA MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52 Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq 10 May 2021, 08:44 Bakıda “Mercedes” YANDI 10 May 2021, 08:37 Lavrov bu gün Azərbaycana gəlir 10 May 2021, 01:19 "Sevilya"nın oyunçusu "Real"ı uduzmaqdan xilas etdi 10 May 2021, 01:11 "Yuventus" evdə darmadağın oldu 10 May 2021, 01:00 Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək 10 May 2021, 00:55