Modern.az

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Hadisə

Bu gün, 10:18

Biləsuvar rayonuna qonaq gedən Cəlilabad sakinlərindən 10 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.

Modern.az xəbər verir ki, hadisə onlar Biləsuvar rayonunda məclisdə iştirak etdikdən sonra baş verib. Belə ki, məclisdə iştirak edən ailə üzvləri Cəlilabaddakı evlərinə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onlardan 10 nəfər, o cümlədən azyaşlılar zəhərlənmə şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

İlkin ehtimala görə, onların mərasim zamanı qəbul etdikləri qidadan zəhərləndikləri bildirilir.

TƏBİB-dən bildirilib ki, sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda qarşıdurma başladı - Silahlar işə düşdü