Modern.az

Sahibə Qafarova: Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir

Sahibə Qafarova: Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir

Parlament

29 Sentyabr 2026, 20:33

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

S.Qafarova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya və Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfərləri iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verib:

“Bu səfərlər Azərbaycan-Slovakiya münasibətlərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir”.

Milli Məclisin sədri iki ölkənin xalqları arasında əlaqələrin və qarşılıqlı ünsiyyətin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

S.Qafarova həmçinin Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin inkişaf etdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır