4 Aprel 2019, 22:18 | Ana Səhifə - Yazılar - Vahid komandanlıq, güclü ordu
Vahid komandanlıq, güclü ordu
Azərbaycan müharibənin başlanmasına tam hazırdır və kəskin xarakterli bəyanatlar onu qorxutmur 
 
Azərbaycanın müasir tarixinə öz damğasını vuran şərəfli aprel döyüşlərinin 3-cü ildönümü ərəfəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir canlanma hiss olunmaqdadır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin martın 29-da Vyanada münaqişənin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündən sonra verilən bəyanatlar bu canlanmaya bariz bir nümunədir. Səslənən bəyanatlar içərisində işğalçı dövlətin müdafiə naziri David Tonoyanın “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” açıqlaması diqqəti daha çox cəlb edir.
Tonayanın bu açıqlamanı hansı şəraitdə, yəni Amerikada erməni lobbisindən pul dilənmək məqsədilə etdiyi səfər çərçivəsində verdiyini bir kənara qoyaq.
Gəlin baxaq; həqiqətən müharibə başlasa nə ilə nəticələnə bilər? Doğurdanmı,Ermənistan yeni ərazilər ələ keçirmək imkanındadır?
 
Ermənisatan tərəfi də yaxşı bilir ki, bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi-psixoloji baxımdan üstün mövqedədir. Azərbaycan öz imkanlarını səfərbər edib çəbhə bölgəsindəki qısamüddətli atışmaları iri hərbi əməliyyatlara cevirib, öz torpaqlarını işğaldan qurtarmaq əzmindədir. Lakin Azərbaycan beynəlxalq missiyanın nəzarətində olan sülh prosesini pozmağa maraqlı deyil; Odur ki, ölkədə səfərbərlik haqqında qərar hələlik yoxdur, orduya cağırış əvvəlki qaydada aparılır. 
 
Digər tərəfdən, Azərbaycan çəbhədəki durumdan əsl müharibə sitiuasiyasının yaranmasında neçə gəldi iştirak etmək istəmir. Baxmayaraq ki, dövlətin Ali Baş Komandan səviyyəsində müharibə yolu ilə də olsa, Dağlıq Qarabağın erməni təçavüzundən xilas edilməsi kimi dəyişməz bir mövqeyi var. 


Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində çıxışı zamanı verdiyi bəyanatlara diqqət edək. İlham Əliyev vurğulayıb ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır. “Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi. Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir”- deyə Azərbaycan Prezidenti bildirib.
 
Möhkəmlənmiş qənaət bundan ibarətdir ki, müharibə variantında Azərbaycan bütün cəhətlərlə qiymətləndirdikdə, güclü tərəf olduğunu təsdiqləyə biləcək. 

Birincisi, beynəlxalq hüquq Azərbaycanın yanındadır və Azərbaycanın dünyada güclənmiş ciddi siyasi mövqeyi mövcuddur.
 
İkinçisi, Azərbaycanda bu gün Dağlıq Qarabağ məsələsində siyasi qüvvələrin fikirləri hacalanmır. Vahid mövqe var;  müharibənin başlanmasında müxalifət iqtidara dəstək verir, hətta hazırkı döyüşləri irimiqyaslı əməliyyatlara kecirmək dətəklif edilir.
 
Ücünçüsü və ikinçinin ardı- Azərbaycanda siyasi xaos şəraiti yoxdur ki, çəbhə bölgəsində hansısa bir uğursuzluğa aparıb cıxarsın. Və yaxud, siyasi xaos şəraitində, yeni döyüşlərdə hansısa bir rayon ermənilərə verilsin, başqa sözlə, ermənilərin qarşısından geri cəkilsin. İndi söhbət vahid komandanlıqdan, orduda intizamdan gedə bilər.
 
Dördünçüsü və ən başlıcası, Azərbaycan ordusu istər texniki, istər mənəvi-psixoloji baxımdan yeni müharibədə müvəffəqiyyətlər qazanmağa hazırdır. Odur ki, Azərbaycanı müharibənin başlanmasına tam hazır saymaq mümkündür və kəskin xarakterli bəyanatlar onu əsla qorxutmur.  
MÜƏLLİFİN DİGƏR YAZILARI
Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ  26 Noyabr 2020, 13:55 Millimiz FIFA reytinqində 5 pillə irəlilədi 26 Noyabr 2020, 13:52 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - Hərbi ekspertdən AÇIQLAMA 26 Noyabr 2020, 13:49 Fransa Senatında faşizmin təbliği, beynəlxalq hüquqa hörmətsizlik, reputasiya itkisi... 26 Noyabr 2020, 13:46 Nazirlik bu dərslikləri yenidən YAZACAQ 26 Noyabr 2020, 13:42 Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim” 26 Noyabr 2020, 13:40 Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir   26 Noyabr 2020, 13:38 Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10 Fəzail Ağamalı: “Fransa ilə iqtisadi əlaqələrə yenidən baxılmalıdır” 26 Noyabr 2020, 12:06 Tələbələrin NƏZƏRİNƏ! 26 Noyabr 2020, 12:04 “Fransa Senatının qətnaməsi bütün beynəlxalq sənədlərə ziddir” - Deputat 26 Noyabr 2020, 12:02 Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTOLAR 26 Noyabr 2020, 12:00 Ərdoğanın keçirdiyi videokonfransa Mikayıl Cabbarov da qatıldı - FOTO 26 Noyabr 2020, 11:55 Number One... - Maradona 26 Noyabr 2020, 11:50
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?