Modern.az

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Mədəniyyət

Bu gün, 15:19

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı yüzlərlə tarixi-mədəni abidə dağıdılıb və müxtəlif dərəcədə zədələnib. Hazırda 434 abidəyə dəymiş maddi ziyanın ümumi məbləği 700 milyon 154 min manat qiymətləndirilir.

Modern.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın dördüncü günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 749 abidədən 575-də inventarlaşdırma işləri aparılıb. Onlardan 196-sı Şuşa şəhərində yerləşir.

İnventarlaşdırma çərçivəsində abidələrdə çöl tədqiqatları aparılıb, onların rəqəmsal xəritələri hazırlanıb, foto və dron çəkilişləri həyata keçirilib. Abidələrin əvvəlki vəziyyətinin müəyyənləşdirilməsi üçün arxiv sənədləri və digər mənbələr də araşdırılıb.

Monitorinqlərin nəticələrinə əsasən, azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 115 abidə isə genişmiqyaslı dağıntıya məruz qalıb. Digər abidələrdə müxtəlif səviyyəli zədələr qeydə alınıb.

Tamamilə dağıdılmış abidələr arasında dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid var. Bundan başqa, 25 məscid, 14 türbə və 2 sərdabənin müxtəlif dərəcədə zədələndiyi müəyyən edilib.

Səbinə Hacıyeva Qarabağ və Şərqi Zəngəzurdakı mədəni irs nümunələrinin faktiki sayının dövlət qeydiyyatında olan abidələrdən dəfələrlə çox olduğunu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...