8 Aprel 2019, 08:53 | Ana Səhifə - Yazılar - İnsan yetişdirmək: Ailənin və məktəbin vəzifələri
İnsan yetişdirmək: Ailənin və məktəbin vəzifələri

Azadə Balayeva


“Bir kağız parçası götürün və onu iki hissəyə ayırın. Kağızın sol tərəfinə təhsildə uğur qazanmaq üçün tələb ounan şərtləri (səbrlilik (uzun müddət oturub çalışa bilmək bacarığı), motivasiya, yaddaş, çalışqanlıq, məsuliyyət, səy göstərmə, qaydalara riayət etmə özəlliyi), sağ tərəfinə isə həyatda uğur qazanmaq  və xoşbəxtlik üçün tələb olunan şərtləri (özünə inam, sağlamlıq, daxili harmoniya, emosional intellekt, ünsiyyət bacarığı) yazın. Əmin olun ki, sizin sağ tərəfdə yazdıqarınızı məktəbdə öyrətmirlər. Bu keyfiyyətləri övladlarımızda biz özümüz aşılamalıyıq”.

Hollandiyanın Tvente Universitetinin professoru, “Bizim yaxşı yeniyetmələr” bestsellerinin müəllifi Nelli Litvaka məxsus bu fikirlər məncə yeniyetmələrin faciəsində, o cümlədən intihar edən 14 yaşlı Elinanın intiharında yalnız məktəbi günahlandıranlara yaxşı cavabdır. Elina da məhz özünə inamsızlığın, emosional intellekt zəifliyinin qurbanı oub, hansı ki,  bu keyfiyyətlər ailədə aşılanmalıydı.

Sosioloqlar hər zaman vurğulayır ki, valideyn, xüsusilə Ana cəmiyyətdə nə qədər önəmli şəxs, məşğul biri olsa da, onun ən vacib işi düzgün, vicdanlı övlad yetişdirə bilməsi, ona yetərincə vaxt ayıra bilməsidir.  Əgər buna vaxtı və  imkanı yoxdursa uaqarı ilə məşğul ola biləcək etibar edəcəyi bir dayəmi, baxıcımı, özəl tərbiyəçimi tutmalıdır. Övladının taleyini zamanın axarına buraxmamalı olduğunu birmənalı şəkildə dərk etməlidir. Bunu dərk edə bilmirsə, normal uşaq yetişdirməyə hazır deyillərsə, ümumiyyətlə dünayaya uşaq gətirməməlidirlər.

Neyrobioloqlara görə, azyaşlıların beyni inanılmaz dərəcədə plastikdir, yəni kənar təsirlər nəticəsində tez və asanlıqla transformasiyaya uğrayır. Məhz buna görə də uşaqlarda mühüm bacarıqlar, vərdiş və keyfiyyətlərin formalaşması oların böyüdükləri şəraitdən asılıdır. Bu gün təhlükəli informasiyalarla dolu İnternetin hər kəs, o cümlədən uşaqlar üçün də əlçatan olması azyaşlıların tərbiyəsini, onların yalnız mənəvi deyil, fiziki sağlamlıqlarının qorunmasını da əvvəlki illərlə müqayisədə daha  çətin vəziyyətə gətirib. Ona görə də valideynlərdən daha çox diqqət, daha çox sevgi, daha çox anlayış tələb olunur. Uşaqlar ilk başda etiraz etsələr belə, valideyni hər zaman dinləyir, Ana – Ata öyüd – nəsihəti beynin alt qatlarına oturur. Bu baxımdan valideyn heç bir halda övladını dinləməkdən və özünü dinlətməkdən vaz keçməməlidir.

Amma indi çox təhlkəli vəziyyət yaranıb. Bir smartfon valideynin öz əlində, biri də övladında: o smartfonun içində elə itib – batırlar ki, nə uşaq valideynə bir hesabat verir, nə də valideyn uşağın  nə etdiyi, haradan gəlib hara getdiyi ilə maraqlanır.

Bu gün Azərbaycanda ən üzücü tendensiya odur ki, valideyini övladının ADAM olması deyil, yalnız ALİM olması maraqlandırır. Yəni, onun necə bir şəxsiyyət kimi formalaşacağı vecinə belə deyil, əsas odur oxusun instituta girsin, filan qonşu deməsin ki, filankəsin qızı, (oğlu) instituta girə bilmədi. Çox az valideyn bu gün övladının tərbiyəsinə vaxt ayırır. Oğlum balaca olarkən ona çox deyirdim heç kəsi incitmə, heç kəslə dalaşma. Dediklərim uşağın beyninə necə  girmişdisə, bir gün baxdım ki,  hətta haqsız yerə döyülsə belə, heç kəsə əl qaldırmır. Dedim, oğlum mən sənə demədim ki, sənə haqsızlıq edən olanda da durub baxasan, səni incidən olanda heç olmasa özünü müdafiə et. Bir gün də evə gəldi ki, bəs filankəs mənə filan şey etdi, mən də onu döydüm. Amma yıxılırdı, əlimi başının altına verdim ki, başı asfata dəyməsin. Ürəyimdə dedim, bərəkəllah sənə oğlum, olmaz sənin dalaşmağından. Yəni, bu o demək idi ki, dediklərim uşaqda öz təsirini buraxmışdı, insanlara qarşı mərhəmət hissi formalaşmışdı, heç kəsə zərər vurmaq istəmirdi.

Bu gün məktəblərdə nə qədər çətin tərbiyə olunan, bəlkə də kobud səslənəcək, amma həqiqətdir, ümumiyyətlə tərbiyə görməyən, valideynindən zorakılıqdan başqa ömründə bir dəfə də olsun normal öyüd – nəsihət eşitməyən uşaq var. Biz çox vaxt məktəbi, müəllimləri günahkar çıxarırıq, amma müəlimlərin də bu tərbiyəsiz uşaqların əlindən nələr çəkdiyini çoxumuz bilirik. Tanıdığım bir gənc qız var, müəlim kimi bir il çalışdı. Sakit qızdır. Məktəbdə uşaqlar onun başına o oyunu açdılar ki, qız müəlimlikdən birdəfəlik iyrəndi, hazırda başqa sahə üzrə ikinci təhsil alır.  

Elinanın intiharında hələ məktəbin məsuliyyətini bir kənara qoyuram, yeniyetmə qızı intihara sürükləyənlər də məhz bu cür həmyaşıdları olmadımı? Araşdıran olsa bəlkə də onların nə etdiklərinin fərqində belə olmadıqları anlaşılar, bəlkə də qıza etdikləri lağlağıların necə yaralayıcı olduğunu belə dərk etmirlər. Və ya, bu günlərdə məktəblərdən birində vəhşicəsinə döyülən yeniyetməni götürək. Onu kim döyüb? Təbii ki, həmyaşıdları. Bütün bunlar həmin uşaqların ailədə düzgün yetişdirilməməsinin, empati duyğusundan məhrum olmalarının nəticəsidir.


Elinanın ona hörmətsizlik edənlərlə mübarizədən çəkinərək asan yolu, intihar yolunu seçməsinə gəldikdə isə, burada da onun yetişməsindəki qüsurlar öz sözünü deyib. Analar övladlarına güclü olmağı öyrətməlidirər. Uşaqda öznünümüdafiə instinkti formalaşmalıdır, haqlı olduğu məqamlarda valideynin müdaxiləsi olmadan öz haqqını müdafiə etməyi bacarmalıdır. Valideyn hər dəfə məktəbə gedib haqq – hesab çürütməməlidir. Başqa sözlə, valideyn övladına balıq verməli deyil, balıq tutmağı öyrətməlidir.  Oğlum məktəbdə oxuyanda mən ona fondpulu, süpürgəpulu və s. kimi təhsilə aidiyyatı olmayan ödənişləri etməyi qadağan etmişdim. Bir – iki dəfə dedi ki, Ana mənə pis baxırlar, elə bilirlər pulumuz yoxdur-filan. Başa saldım ki, kimsə sənə bununla bağlı irad bildirsə de ki, mən rüşvət vermirəm, bu pulun yığılması qeyri – qanunidir, Təhsil Nazirliyi qadağan edir. Ondan sonra uşaq bir dəfə də olsun pul tələb etmədi, ona irad bildirənlərin də cavabını layiqincə verdi, kompleksə də düşmədi. Kaş ki, Elina da özünü müdafiə edəcək qədər güclü olaydı, o zaman həyatı ona dar edənlərə buraxıb torpağın altına getməz,  onların özləri üçün həyatı cəhənnəmə çevirərdi.

Bu məsələdə təhsil ocağının məsuliyyəti məsələsinə gəldikdə isə, məktəb birbaşa uşaqların tərbiyəsinə cavabdeh olmasa da onların həyatı, məhz məktəbdəki vəziyyətdən qaynaqlanan problemlərinə görə cavabdehdir. Məhz məktəb rəhbərliyinin Elina ilə bağlı vəziyyətdən xəbərdar olduğı halda hər hansı ölçü götürməməsi bu cür acı nəticəyə səbəb olub. Məktəb psixoloqlarının fəaliyyəti yox dərəcəsindədir. Məktəb psixoloqları problem oldu – olmadı keçid dövrünü yaşayan uşaqarla daim təmasda olmalı, bu çətin mərhələni itkisiz, problemsiz adlamaqda onlara yardım etməlidirər. Həmçinin müəllimlərlə, sinif rəhbərləri ilə daimi əlaqə saxlayaraq özünə qapanan, özünü qeyri – normal aparan uşaqları qeydə alıb onlarla söhbətlər aparmalı, ailə vəziyyətləri ilə maraqlanmalıdırlar. Ailənin də, məktəbin də əsas vəzifəsi keyfiyyətli insan, layiqli vətəndaş yetirməkdər. Bu isə yanız bir tərəfin səyləri ilə mümkün deyil.

Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26 Xalq artisti illər sonra Şuşadan paylaşım etdi 14 May 2021, 14:11 Tramp mitinqə hazırlaşır 14 May 2021, 14:09 İranda daha 202 nəfər koronavirusdan ölüb 14 May 2021, 13:56 Pikassonun şah əsəri 103,4 milyon dollara satıldı 14 May 2021, 13:51