Modern.az

Ermənistandan Rusiya bazası ilə bağlı açıqlama: “Bizə lazım deyil”

Ermənistandan Rusiya bazası ilə bağlı açıqlama: “Bizə lazım deyil”

Dünya

14 Sentyabr 2026, 17:31

Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatı Armen Xaçaturyan Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ölkəsinə lazım olmadığını bildirib.

Modern.az xəbər verir ki, deputat bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Amma bu, Rusiya tərəfinə lazımdırsa, müzakirə mövzusudur, heç bir problem yoxdur”, - deyə Xaçaturyan bildirib.

Hakim partiyanın deputatı iddia edib ki, Rusiya hərbi bazası heç vaxt Ermənistanı “qorumayıb”.

Xaçaturyan qeyd edib ki, Ermənistan tərəfi üçün Rusiya hərbi bazasının ölkədə qalmasının və ya çıxarılmasının fərqi yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər