Modern.az

Hikmət Hacıyev Fərhat Pirinççini qəbul etdi - FOTOLAR

Hikmət Hacıyev Fərhat Pirinççini qəbul etdi - FOTOLAR

Aktual

Bu gün, 16:56

Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini, professor doktor Fərhat Pirinççini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, Türkiyədən Azərbaycana səfər edən Fərhat Pirinççi və nümayəndə heyəti Hikmət Hacıyevlə görüş keçirib.

Görüş zamanı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri, professor doktor Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə dəvəti çatdırılıb.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında mövcud olan köklü qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə iki ölkə arasında strateji kommunikasiya sahəsində formalaşdırılan institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti, eləcə də ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin regional prosesləri və Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması prosesində strateji kommunikasiyanın rolunu müzakirə ediblər.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında güclü həmrəyliyin yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional əməkdaşlıq və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Tərəflər “iki dövlət, bir millət” anlayışı və Şuşa Bəyannaməsində əksini tapan müttəfiqlik ruhu əsasında Türkiyə-Azərbaycan münasibətlərinin kommunikasiya sahəsində də daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Türkiyənin Bakıdakı səfiri, professor doktor Birol Akgün də iştirak edib. Görüş zamanı iki ölkənin aidiyyəti qurumları arasında təmasların və birgə fəaliyyətlərin davam etdirilməsi məsələləri də nəzərdən keçirilib.

 

WhatsApp Image 2026 09 14 at 16.45.51

WhatsApp Image 2026 09 14 at 16.45.52 1

WhatsApp Image 2026 09 14 at 16.45.52

Sizə yeni x var
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC