Böyük Britaniyanın Baş naziri Endi Börnhemin atası Roy Börnhem vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Dauninq-stritin mətbuat xidməti məlumat yayıb.
Atasının vəfatından sonra Baş nazir bu gün və sabah üçün nəzərdə tutulan bütün tədbirlərini ləğv edib.
Endi Börnhemin bu axşam biznes liderləri ilə görüşü, həmçinin Brayton şəhərində Britaniya Həmkarlar İttifaqları Konqresinin konfransında çıxışı planlaşdırılırdı.
Roy Börnhem qocalar evində yaşayırdı və proqressivləşən Altsheymer xəstəliyindən əziyyət çəkirdi.
Endi Börnhem Baş nazir olmamışdan qısa müddət əvvəl verdiyi müsahibədə atasının səhhəti ilə əlaqədar onun tezliklə hökumət başçısı olacağını bilmədiyini bildirmişdi.
Təqaüddə olan telefon mühəndisi Roy Börnhemin səhhəti barədə danışan Baş nazir daha əvvəl atasının vəziyyətinin onun sosial təminat sistemində islahatlar aparmaq istəyinə təsir etdiyini də söyləmişdi.