Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov Donald Trampın oğlu Kiçik Donald Tramp-ın Baham adalarında keçirilən toy mərasiminin böyük xərclərinin bir hissəsini ödəyib.
Modern.az xəbər verir ki, bu barədə Propublika nəşrinin araşdırmasında bildirilir.
Məlumata görə, Kremlyov üç gün davam edən toy mərasimi ilə bağlı bir sıra böyük xərcləri qarşılayıb. Bunlara qəbul mərasiminin keçirildiyi və qonaqların qaldığı özəl adanın icarəsi, atəşfəşanlıq və digər xərclər daxildir.
Tədbirin təşkilini də Kremlyovun komandası həyata keçirib. Donald Trampın oğlunun nümayəndəsi Kremlyov tərəfindən ödəniş edildiyini inkar etməyib. O, IBA rəhbərinin Trampın oğlunun şəxsi dostu" olduğunu bildirib.
Qeyd edək ki, 2026-cı ilin aprelində Rusiya Prezidenti Vladimir Putin Umar Kremlyovu Dostluq Ordeni ilə təltif edib.