Modern.az

Almaniyada təyyarə qəzası - Ölənlər var

Almaniyada təyyarə qəzası - Ölənlər var

Dünya

Bu gün, 17:08

Şimali Reyn-Vestfaliya federal torpağındakı Erkelents şəhəri yaxınlığında (Almaniya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtdə olanlardan heç kim sağ qalmayıb.

Haynsberq rayon polisinin məlumatına görə, "Cessna" təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelents-Gerderat yaşayış məntəqəsinin yaxınlığındakı tarlaya düşüb. Təyyarə tamamilə dağılıb.

Ölənlər və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC