10 Aprel 2019, 12:05 | Ana Səhifə - Yazılar - Fərqli 1 il
Fərqli 1 il

Elman Babayev

Ötən ilin 11 aprelində xalqın etimadını qazanaraq yenidən dövlәt başçısı seçilmiş İlham Әliyev prezidentlik dönəminin ötən 1 ilini tamamilə fərqli bir ilə çevirə bildi. O, 15 ildən artıq prezidentlik dönəminin, xalqın alternativsiz Heydər Əliyev siyasətinə inamının arxayınlığına qapılmadı, tam əksinə bu bir ili yeni hakimiyyətə gəlmiş qüvvə kimi daha səylə çalışdı. İlham Əliyev öz hakimiyyətinin müxalifətinə çevrilməklə çatışmazlıqların üzərinə getməyi bacardı, xalqı narahat edən bir sıra problemləri kökündən çözməyə nail oldu. İslahatları yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirdi, verilən vədlər әmәli işlərlə tamamlandı. İnsanlara yüksәk qayğı prinsipinә әsaslanan sosialyönümlu siyasәt strategiyasına yeni çalarlar əlavə olundu. Aztәminatlı tәbәqәnin maraqları mütlәq şəkildə nәzәrә alındı vә ölkәmizin daha da inkişafı üçün atılan hәr bir addımın bu tәbәqәnin maraqlarına vura bilәcәyi ən xırda ziyan belә, tәxirәsalınmaz sosial müdafiә tәdbirlәri hesabına kompensasiya olundu.

Nə işsizliyin, nə yoxsulluğun artmasına, nə də inflyasiyanın yüksəlməsinə imkan verildi. İlham Əliyev neft gəlirlərinin azalması fonunda Azərbaycanın ciddi çətinliklərlə üzləşəcəyi proqnozlarını da alt-üst etdi. Sübuta yetirdi ki, neft amili olmadan da özünün düzgün iqtisadi siyasəti hesabına əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, onun problemlərini həll etmək gücündədir. 

İqtisadi və sosial islahatların yeni mərhələsinə start verərək, əldə olunan vəsaitləri vətəndaşların rifah halının yaxşılaşmasına yönəltdi. Şəhid vərəsələrinə birdəfəlik müavinətlərin verilməsi, problemli kreditlərin həlli kimi məsələlər öz həllinə qovuşdu.Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artdı. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdlərində artımlara imza atdı. Müəyyən kateqoriyaların (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri) dövlət hesabına mənzillərlə təminatı işi axsamadı, əksinə daha da genişləndirildi. Gənc ailələrin, evsiz insanların mənzil ala bilməsi üçün sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramı davam etdirildi. 

Bir sözlə, hər hansı layihə təxirə salınmadan yeniliklər həyata vəsiqə qazandı. Hərbi xərclərlə bağlı siyasət,  regionların inkişafı ilə bağlı proqramlar geriləmədi. Nəticədə İlham Əliyev Azərbaycanın öz resursları, iqtisadi rezervləri bahasına istənilən sınaqdan cıxmaq  gücündə olduğunu isbatladı.

Bu bir ildə İlham Əliyev prezident kimi sadə vətəndaşa əlçatan olması ilə də  yadda qaldı. Vətəndaşın ona şikayət, müraciət, xahiş  etmək imkanlarını genişləndirdi. Sosial şəbəkələri yaxından izləməklə, orada qaldırılan bir sıra problemlərin həllinə göstərişlər verdi. Bəzi hallarda əhali ilə əvvəlcədən planlaşdırılmayan görüşlərə şərait yaratdı, onların şikayətlərini səbrlə dinlədi. Hökumət üzvərinin illərdir, bölgələrdə vətəndaşları qəbul etmək tapşırığının davamı olaraq, Prezident Adminstrasiyasının əməkdaşlarını da yerlərdə vətəndaş qəbullarına cəlb etdi. 

Beləliklə, son 1 ilin sosial-iqtisadi yekunlarının tәhlili göstәrir ki, İham Әliyev sәlahiyyәtlәrinin icrasına başladığı ilk gündәn ölkәnin qarşısında duran problemlәri vә onların hәlli yollarını düzgün müәyyәnlәşdirə, bu yöndә әmәli tәdbirlәr hәyata keçirə bildi. 

Azәrbaycanın regionda böyük nüfuz sahibi kimi mövqelərinin qorunması, qlobal enerji vә kommunikasiya layihәlәrinin ardıcıl surәtdә hәyata keçirilmәsi, xarici investisiyaların cəlb olunması, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması kimi vacib mәqamlar da İham Әliyevin ötən 1 ildə həyata keçirdiyi siyasәtinin prioritet istiqamәtlәri sırasında yer aldı. Vәtәndaş sülhünün, milli hәmrәyliyin qorunub saxlanılması, ölkәnin beynәlxalq arenada nüfuz vә mövqelәrinin möhkәmlәnmәsi, ictimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatların aparılması siyasəti daha da inkişaf etdirildi.  

1 ildə cəmiyyət İlham Əliyev hakimiyyətinin digər uğurlarına da şahidlik etdi. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı; Azərbaycanın üçüncü peyki “Azerspace-2” orbitə buraxıldı;  TANAP qaz kəməri istifadəyə verildi; Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi və s. Dünya Bankı kimi nüfuzlu qurum “Doing Business 2019” hesabatında Azərbaycanı 10 ən islahatçı dövlət siyahısına daxil edərək, ən çox islahat aparan ölkə elan etdi.

Bu bir il İlham Әliyevin rәhbәrliyi ilә Azәrbaycanın mövcud baza әsasında sürәtlә inkişaf edәn iqtisadiyyata malik ölkәyә çevrildiyini sübuta yetirdi. İqtisadi inkişafın bilavasitә әhalinin sosial müdafiәsindә әks olunması konsepsiyasının müddәaları uğurla hәyata keçirildi. İqtisadi nailiyyәtlәr insanların maddi rifah halının yüksәlmәsinә sәbәb oldu. Azərbaycan iqtisadi, siyasi cəhətdən tam müstəqil ölkə olaraq qaldı, heç kimdən asılı vəziyyətə düşmədi. İlham Əliyevin “Biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq” vədi həyata vəsiqə qazandı. 

Bunun nəticəsidir ki, indi cəmiyyətdə yaxın gələcəkdə digər problemlərin də tam cözüləcəyinə güclü inam var. İqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulması üçün yeni islahatlara başlanılıb. 

İlham Əliyev şəffaflığın tam təmin olunacağı bir Azərbaycan qurmaq üçün çalışdığını öz əməlləri ilə sübut etməkdədir. Əsas məqsədi həm də quruculuq, rifah, abadlıq, inkişaf olan İlham Əliyevin alternativsizliyini ölkә vәtәndaşları da birmәnalı başa düşür vә bu siyasətin davamlı olmasına dəstək verirlər. 

MÜƏLLİFİN DİGƏR YAZILARI
"Barselona"ya yeni prezident seçildi 8 mart 2021, 03:33 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 8 mart 2021, 01:00 Ekvatorial Qvineyada güclü partlayışlar - 20 ölü, 300 yaralı 8 mart 2021, 00:48 Türkiyə Səmərqənddə konsulluq açdı - FOTO 8 mart 2021, 00:39 Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO 8 mart 2021, 00:25 Daha bir qazimiz ona qulluq edən tibb bacısı ilə evlənir 8 mart 2021, 00:12 Bu gün qadınlar bayramıdır 8 mart 2021, 00:00 Hücuma hazırlaşan PKK-çılar məhv edildi 7 mart 2021, 23:54 Roma Papasından qadınlarla bağlı çağırış 7 mart 2021, 23:42 Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurdu 7 mart 2021, 23:27 Milyarder deputat helikopter qəzasında öldü 7 mart 2021, 23:14 İlham Əliyevdən 8 Mart paylaşımı - FOTO 7 mart 2021, 23:00 Prezidentin ayaqqabısı narazılığa səbəb oldu – FOTO 7 mart 2021, 22:56 Mançester derbisinin qalibi məlum oldu 7 mart 2021, 22:42 Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi bilindi 7 mart 2021, 22:28 “Gürcü Arzusu”ndan qalmaqallı səs yazısı ilə bağlı bəyanat 7 mart 2021, 22:16 Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama 7 mart 2021, 22:02 Abşeronda maşın piyadanı vurub öldürdü 7 mart 2021, 21:49 Madrid komandaları sülh bağladı 7 mart 2021, 21:35 Messi oğlu ilə səs verdi 7 mart 2021, 21:25 Millimiz “Böyük dəbilqə”ni iki medalla başa vurdu 7 mart 2021, 21:13 Məhəmməd Salah "Liverpul"u tərk edir? 7 mart 2021, 21:05 Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir 7 mart 2021, 20:54 “Liverpul” öz meydanında autsayderə uduzdu 7 mart 2021, 20:40 Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO 7 mart 2021, 20:33 Avstriyada “AstraZeneca” peyvəndindən istifadə dayandırıldı 7 mart 2021, 20:22 FHN əhaliyə müraciət etdi - VİDEO 7 mart 2021, 20:13 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA 7 mart 2021, 20:01 Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var 7 mart 2021, 18:04 Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur 7 mart 2021, 17:51 İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma 7 mart 2021, 17:43 Atletimiz Qış Avropa çempionatında gümüş medal qazandı 7 mart 2021, 17:30 Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi 7 mart 2021, 17:15 ABŞ-da COVİD-19-dan ölənlərin sayı açıqlandı 7 mart 2021, 17:00 Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı 7 mart 2021, 16:49