Modern.az

Milli Məclisin payız sessiyası başladı

Milli Məclisin payız sessiyası başladı

30 Sentyabr 2009, 11:59

Milli Məclisin (MM) payız sessiyası bu saat 12.00-da öz işinə başlayıb. Modern.az-ın əməkdaşı xəbər verir ki, iclasın gündəliyinə 30-a yaxın məsələ salınıb. Bura 2009-cu ilin payız sessiyasının qanunvericilik işlər planı, “2010-cu ilin dövlət büdcəsi haqqında” Qanun layihəsi, bəzi qanunlara əlavə və dəyişiklər və sair məsələlər daxildir.  Deputatlar Azərbaycanın Serbiya, Oman, Liviya, Livan və Estoniyada səfirliklərinin yaradılması, Azərbaycan və Rusiya prezidentlərinin Xəzər dənizi üzrə birgə bəyanatının, Azərbaycanla Rusiya arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında birgə bəyanatın təsdiqi məsələlərini də müzakirə edəcəklər.

  İclası MM-in Sədri Oqtay Əsədov açıb. O, deputatları təbrik edib. Parlament binasının yeni korpusunun istifadəyə verildiyini xatırladan spiker deputatların yaxşı iş şəraiti ilə təmin olunduğunu vurğulayıb. Milli Məclis sədri deyib ki, bu gündən hər bir deputat Milli Məclis binasında ayrıca otaqda fəaliyyət göstərəcək. Sonra cari məsələlərin müzakirəsi zamanı Fazil Mustafa, İqbal Ağazadə, Aynur Quliyeva, Cəmil Həsənli, Zahid Oruc ayrı-ayrı məsələlərdən danışıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır