Modern.az

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Hadisə

Bu gün, 10:12

Ağsuda ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən edilərək saxlanılıb. Faktla araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?