Modern.az

ATV yeni bina alıb

ATV yeni bina alıb

31 Avqust 2009, 16:51

“ATV İnternational” kanalı sentyabr ayında efirə çıxacaq.  ATV-nin xəbərlər departamentinin baş redaktoru  Vaqif Aydınoğlunun Modern.az saytına verdiyi məlumata görə rus, ingilis, fars və erməni dillərində yayımlanacaq xəbər qruplarının tərkibi müəyyənləşib: “Erməni dilində yayımlanacaq xəbərlər üçün mütəxəsis seçimində bir qədər çətinliyimiz oldu. Bu dili bilən və bunu jurnalist fəaliyyətində tətbiq edən gənc kadrlar olmadığı üçün qrupun tərkibini yaşlı mütəxəsislər təşkil edəcək”.

Baş redaktor erməni və s. dillərdə yayımlanacaq xəbərlərdə  Azərbaycan reallıqlarının işıqlandırılacağını bildirib: “Kanal Almaniya və ABŞ-dan gətirlimiş ən müasir texniki avadanlıqlarla təmin olunub. Hazırda sırf texniki məsələlər-ötürücülərin quraşdırılması işləri görülür.Yeni telekanalın xüsusi ayrılmış binada fəaliyyət göstərilməsi planlaşdırılsa da, hələlik bu mümkün olmayacaq. Yeni dördmərtəbəli binada təmir bərpa işləri gedir.Yaxın vaxtlarda bu işlər başa çatacaq. Buna qədər isə kanal ATV-nin ümumi binasında fəaliyyət göstərəcək”.

Kanalın hansı peyk vasitəsilə yayımlanacağı barədə məlumat verilmir.

Xatırladaq ki, “ATV İnternational” kanalına birbaşa peyk yayımı üçün xüsusi razılıq ( lisenziya ) Milli Televiziya və Radio Şurasının martın 5-də çıxardığı qərara əsasən, altı il müddətinə verilib. Yeni kanalda Azərbaycanın mədəniyyəti, tarixi və təbiəti haqqında verilişlər yayımlanacaq. Eyni zamanda bir neçə xarici dildə filmlər, maarifləndirici verilişlərin yayımlanması nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...