16 May 2019, 14:10 | Ana Səhifə - Yazılar - Sonra da deyirik ki, kütük, cahilik, qabiliyyətsizik!
Sonra da deyirik ki, kütük, cahilik, qabiliyyətsizik!

Fazil Mustafa,
Milli Məclisin üzvü

Alman filosofu Kantın bir təsbitindən başlamaq istərdim:"Biz intizam, mədəniyyət və sivillik dövründə yaşayırıq, lakin mənəviyyatın yayıldığı dövrdən hələ də xeyli uzağıq. Əgər insanlara yüksək mənəviyyat və müdriklik aşılamırıqsa, onda onları necə xoşbəxt edə bilərik? Axı onda yamanlıq heç vaxt azalmayacaq!"

Bu ayda iki diqqətçəkici məqam üzərindən Kantın yuxarıdakı təsbitinin praktik açılışına çalışacağam. Ramazan ayı bizim üçün, xüsusilə də azərbaycanlılar üçün ömrü, onun mənasını, mədə ilə ruhun vəhdəti və antoqonizmini, saxta inanclılıqla səmimi ədalətli insan hədəfi arasında düşünmə fürsətidir. İnanarsan-inanmazsan öz işindir, ancaq bu ilahi fenomenə gündəlik həyatda rast gəldiyimiz qanvermə aksiyası kimi, uşaqlara kitab dağıtma, könüllü şəkildə ictimai yerlərdə ağac əkmə, qocalar evindəki insanlara, xəstə və əlillərə şəfqət göstərmə kimi bir qəbildən də yanaşmaq olar. Bütün hallarda Ramazan ayı insanları həm ruhunu, həm də mədəsini təmizləməyə çağıran, onlara barışı, sağlamlığı, yeməyini, suyunu, sevgisini, mərhəmətini paylaşmağı təşviq edən bir fürsətdir. Azərbaycan televiziyalarına baxirsınızmi, bir-iki veriliş xaricində bir müzakirə, Quranın gerçək mesajlarının alimlər vasitəsilə çatdırılması, xeyirə, insanlığa çağırış, nadanlığın, cəhalətin, xurafatın fəsadları mövzusunu izləyə bilirsinizmi? Hamımızın diqqəti saxur vaxtından başlayaraq qardaş Türkiyənin bir-birindən dəyərli din bilginlərinin, filofoslarının səviyyəli müzakirələrinə yönəlib. Öyrənirsən, düşünürsən, faydalanırsan. İndi söyləyə bilərsinizmi ki, bu ölkədə dini cəhalətin, yobazlığın, savadsızlığın günahı kimdədir? Dövlətimizə bundan böyük pislik ola bilməz, axı din mənəviyyatımızın ayrılmaz bir atributudur, onun dünyəvi dövlətimiz üçün təhlükəyə çevrilməməsi üçün insanları maarifləndirmək, onlara humanist mesajları çatdırmaq niyə əhəmiyyətsiz bir iş sayılmalıdır? Hər il eyni anlayışla qarşılaşırıq və bu yanlışlığın haraya qədər varacağını da müəyyənləşdirə bilmirik. İndi Kantın dediyi mənəviyyatı əxlaqsızlıq, bayağılıq, dedi-qoduçuluq formasında efirdən insanlara dayanmadan aşılayacaq bir zehniyyətə təslim olan bu Vətənin övladları necə ermənidən, gürcüdən daha üstün dövrün tələblərinə hazır şəkildə yetişə biləcəklər?

Yaxşı dini maarifçiliyə önəm vermirik, məktəbdə öyrədilməsinə təhlükə kimi yanaşırıq, anlaşıldı. Bəs cəmiyyətimizin mənəviyyatını tənzimləyən digər alternativlər necə? Bu həftə içində Azərbaycanın böyük şairi Ramiz Rövşənin Bakının mərkəzində iki kitab evində yeni kitablarının təqdimat mərasimi oldu. İnanın ki, əlimdə imkan olsaydı, canlı yayınla televiziyalardan bu tədbirləri verərdim. Sənət, estetik görüşlər, fəlsəfi düşüncələr, ədəbiyyat sevgisi. Biz axı niyə mənəviyyat aşılamaqdan imtina edirik? Bu cür tədbirlərdən reportaj hazırlamaq nə qədər çətindir ki? Nə elmi, nə dini, nə ədəbiyyatı doğru-dürüst çatdırmırıq, təbliğ etmirik, sonra da deyirik ki, kütük, cahilik, qabiliyyətsizik!

Alman, Kantın mesajını anladığına görə dünyada söz sahibi olan mədəni millətlər sırasında sabit yerini qoruyub saxlayır. Bizim anlamaq istədiyimiz kimsə varmı? Mənəviyyatın və müdrikliyin aşılanmasını öz içimizdən olan Ramiz Rövşən deyəndə eşidilmir, heç olmazsa və kaş ki, Kantın söylədiyini eşidəydik...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Xəmsənin Osmanlı türkcəsində yenidən nəşri və satışı planlaşdırılır 24 Yanvar 2021, 12:08 Sabahın havası: bir yandan duman,  o biri yandan külək 24 Yanvar 2021, 12:05 Çavuşoğlu: Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq 24 Yanvar 2021, 12:00 Hacıqabulda dəhşət: ot presləyən qurğuya düşdü, xəstəxanada keçindi 24 Yanvar 2021, 11:51 Deputat xeyriyyəçiliyin leqallaşdırılmasından DANIŞDI: "Asan deyil" 24 Yanvar 2021, 11:44 Hələ onlarla erməni əsgərinin meyiti tapılmayıb - Tadevosyan 24 Yanvar 2021, 11:36 Füzulinin Aşağı Veysəlli kəndindən ən son görüntülər - Video 24 Yanvar 2021, 11:34 Gürcüstanda virusdan ölənlərin sayı azaldı 24 Yanvar 2021, 11:29 Daha bir ölkədə kütləvi vaksinasiya başlayır 24 Yanvar 2021, 11:22 “Mozart” gəmisi Qabona istiqamət götürdü 24 Yanvar 2021, 11:14 İraqda 340 nəfər edam olunacaq 24 Yanvar 2021, 11:11 Şamaxıdakı vulkan evlərin divarını çatlatdı 24 Yanvar 2021, 11:02 Türkiyə yenə silkələndi 24 Yanvar 2021, 10:58 Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah ölkəyə gətiriləcək - XİN 24 Yanvar 2021, 10:51 İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA 24 Yanvar 2021, 10:44 Almaniyada virusa yoluxanların sayı yenə artdı 24 Yanvar 2021, 10:36 Azərbaycan kubokunda yeni mövsüm başlayır 24 Yanvar 2021, 10:34 Çində 14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi 24 Yanvar 2021, 10:21 Gömrük Akademiyası 9 yaşını qeyd edir 24 Yanvar 2021, 10:16 Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək - Rövnəq Abdullayev erası bitir 24 Yanvar 2021, 10:11 Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür 24 Yanvar 2021, 10:05 Türkmənistan Prezidenti Azərbaycanla anlaşmadan danışdı: “Tarixi hadisədir” 24 Yanvar 2021, 09:59 Pentaqon rəhbəri: ABŞ Çinlə mübahisəli adanı qoruyacaq   24 Yanvar 2021, 09:51 ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü 24 Yanvar 2021, 09:43 Portuqaliya bu gün yeni prezidentini seçir 24 Yanvar 2021, 09:40 İspaniyanın Qərargah rəisi peyvənd qalmaqalına görə istefa verdi 24 Yanvar 2021, 09:37 Çində xarici gəmilərə atəş açılmasına icazə verildi 24 Yanvar 2021, 09:28 Meksikada 19 nəfər öldürüldükdən sonra yandırıldı 24 Yanvar 2021, 09:26 Arıqlamaq istəyirsinizsə, limonlu çay için... 24 Yanvar 2021, 09:19 Çilidə sunami təhlükəsi: bazalar təxliyyə edildi 24 Yanvar 2021, 09:16  Senatoru öldürməyə çağırış edən Tramp tərəfdarı yaxalandı 24 Yanvar 2021, 09:05 Ermənistanda məclis sədri mühafizəçilərinin sayını 4 dəfə artırdı 24 Yanvar 2021, 08:58 Maduro qaz kəmərinə terror hücumundan danışdı 24 Yanvar 2021, 08:51 Britaniya Navalnının tərəfdarlarına qarşı təzyiqləri pislədi 24 Yanvar 2021, 08:49 Moskvadakı icazəsiz aksiyalara görə cinayət işi başlandı 24 Yanvar 2021, 08:45