24 May 2019, 17:13 | Ana Səhifə - Yazılar - Oxuduqca tüstüm təpəmdən çıxdı
Oxuduqca tüstüm təpəmdən çıxdı

Fazil Mustafa

Cəmiyyətdə bayağı müsiqilərin efirə yol almasının əngəllənməsi üçün səslənən təkliflərin başında televiziyalarda bədii şuraların yaradılması ideyası gəlirdi. Bəzi televiziyalarda da ya belə şuralar dərhal yaradıldı, ya da əvvəlcədən mövcud olan şuralara əl gəzdirildi. İndi nə dərəcədə daha səviyyəli musiqi əsərlərinin efirdən təqdimatına nail olacaqlar, indidən söyləmək çətindir. Hər halda yaxşı-pis yolunu tapdılar. Ancaq yolunu tapmanın müşkül olduğu bir sahə var ki, burada bayağılığın, səviyyəsizliyin qarşısını almaq çox uzun bir sürə aparacaq. Bu son illərdə partapart dərc olunan mənasız, köçürmə, sənət adına yaraşmayan kitablardır. Demək kimin əlində pulu varsa, istədiyi formada və sayda şeirlər, romanlar çap edir. Burada da ədəbiyyat şurası yaratmaq mümkün deyil ki... Bir neçə il öncənin əhvalatını xatırladım. Qardaş, demək bir nəfər şeir yazan var, hansı yas məclisinə gedirəmsə, onun qarşısında peyda olur və gəlib-gedənə kitabçasını təqdim edib pul istəyir İllər öncə mənə də Təzə Pir məscidinin qarşısında yaxınlaşıb kitabını göstərdi və almamı xahiş etdi. Düşündüm imkansız bir yazardır, kömək olsun deyə 20 manat pul verib kitabçanı da cibimə qoyub uzaqlaşdım. Evə gəldiyimdə kitabçanı əlimə alıb mündəricatına baxdım, ardınca da ilk səhifələrdə olan şeirləri oxumağa başladım. Oxuduqca sənət adına, ədəbiyyat adına tüstüm təpəmdən çıxdı. Şeirin texnikasını, məna və ahəngini normal anladığıma görə, bir-iki bəndi oxuduqdan sonra adamın hansı kəramət sahibi olduğunu müəyyənləşdirmək çətin olmur. İnanın ki, sadəcə pul vermiş olsaydım, o qədər təsir etməzdi, ancaq belə bir kitaba pul vermək bağışlanmaz bir davranış idi və kitabı dərhal bir kənara tolazladım. Növbəti günlərin birində yenə də yas yerindən çıxarkən gördüm adam qarşımda peyda oldu və irişə-irişə pul istədi. Ani olaraq adamdan yaxa qurtarmanın yolunu tapdım. Dərhal üzərinə yürüdüm ki, tez ol, mənim 50 manatımı ver! Adam söylədi ki, nə 50 manat, onu harada vermisiniz? Söylədim ki, kitaba görə sənə 20 manat ötən dəfə vermişdim, oxuduğum andan mənim ədəbi zövqüm korlanıb, indi həmin 20 manatın üzərinə 30 manat da qoyub, ədəbi zövqümü korladığına görə mənəvi təzminat kimi mənə pul qaytarmalısan. Odur-budur, adam harada məni görürsə, dərhal gözdən itir.

Ötən gün də bir kitab təqdimatında bir qadın yaxınlaşıb qalın cildli bir kitabı verərək söylədi ki, bəs bu onun beşinci əsəridir. Və and verdi ki, kitabını mütləq oxuyum. Mən də and qarşılığında söz verdim ki, mütləq oxuyacağam. Evə yetişib paltarımı dəyişəndən sonra kitabı əlimə alıb varaqlamağa başladım və yenə də təpəmin ortasından tanış tüstü çıxmağa başladı. Demək qadın peyğəmbərimizin həyatını bir poema formatında yazıb, bütün bəndlərdə ikinci və dördüncü misralarının qafiyə olmasına əməl edib, vəssalam. Məkkədən Mədinəyə yol alıb dayanmadan gedib e...Təkcə bu olsa harasıdır ki? Yaxın-uzaq çevrədə xeyli insanlar var ki, kitab çap etmənin məsuliyyətini anlamadan konveyr kimi buraxırlar e...

Tanınmış bir adamı xanımının 10 cildlik şeirlər kitabının tanığı olmuşam. Özü də bu adamlara söyləsən ki, bu kitab biabırçılıqdır, burada poeziyadan, nəsrdən əsər-əlamət yoxdur, bəlkə də xiffətindən yıxılıb ölərlər. Təqribən xəstəyə "sənin sağalmaq ümidin yoxdur!" söyləmək kimi bir şey..


Kitab müəllifi olmanın ağır məsuliyyətini cəmiyyətimizdə hələ də anlamayan xeyli insan var.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36 Neft yenidən bahalaşdı 18 May 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 18 May 2021, 09:24 Bakıda və Xaçmazda mağaza YANDI 18 May 2021, 09:18 Türkiyədə terrorçular məhv EDİLDİ 18 May 2021, 09:12 “Eurovision-2021”Azərbaycanın səsverməsini onlar elan edəcək 18 May 2021, 09:06 Ərdoğandan Baydenə sərt mesaj - "Ermənilərin tərəfində oldunuz, indi də qanlı əllərinizlə tarix yazırsınız!" 18 May 2021, 09:00 ABŞ-ın milli təhlükəsizlik müşaviri Əliyevlə Paşinyana zəng etdi - Ağ Ev sərhəd mübahisəsindən narahatdır 18 May 2021, 08:55 Qadağalarla bağlı bir sıra məhdudiyyətlər götürüləcək - Deputat açıqladı 18 May 2021, 08:44 Hacıqabulda ağır qəza - 1 ölü, 3 yaralı 18 May 2021, 08:35 Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb 18 May 2021, 08:26 Qırmızı soğanın inanılmaz FAYDALARI 18 May 2021, 08:17 Baydenlə Netanyahu İsrail-Fələstin müharibəsini müzakirə etdi 18 May 2021, 08:08 Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO 18 May 2021, 00:59 Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO 18 May 2021, 00:44 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 May 2021, 00:31 Təhlükəsizlik kəməri taxmayanlar cərimələndi - FOTO 18 May 2021, 00:23 Azərbaycanda Rusiya peyvəndinin tətbiqinə başlanılır 18 May 2021, 00:10 "Radikal erməni qrupları günahsız insanları qətlə yetiriblər" - Şentop 17 May 2021, 23:59 Azərbaycan səfirliyi qarşısında bədbəxt hadisə 17 May 2021, 23:47 Rusiya aviaşirkəti Türkiyəyə bilet satışını dayandırdı 17 May 2021, 23:34