Modern.az

ABŞ-da 92 yaşlı nənə paraşütlə hündürlükdən tullanıb

ABŞ-da 92 yaşlı nənə paraşütlə hündürlükdən tullanıb

İqtisadiyyat

30 Sentyabr 2009, 18:32

Amerikanın Nyu-Hempşir ştatında yaşayan 92 yaşlı Ceyn Bokstrak adlı qadın ad gününü paraşütlə 4 kilometr yüksəklikdən tullanmaqla qeyd edib.
Onunla birlikdə tullanan təlimatçı Pol Pekhem bildirib ki, yaşına görə çox cavan qalan Ceyn nənə sağ-salamat yerə enib. Təlimatçının sözlərinə görə, o, bundan əvvəl 78 yaşlı başqa bir paraşütçüyə də kömək edib. Lakin Ceyn nənə onun rekordunu xeyli geridə qoyub.
Ceyn Bokstrak adlı bu qoca qadın yeddi dəfə ərdə olub, çoxlu səyahət edib və xeyli iş yeri dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır